Tarix:25/10/14
Bu barədə “GlobalFoundries”in nümayəndələri bildiriblər. 2008-ci ildə ABŞ-ın “AMD” şirkətinin istehsal bölməsinin bazası əsasında yaradılan "GlobalFoundries” ABŞ-da fəaliyyət göstərsə də, onun sahibi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan Əbu Dabi İnvestisiya Fondudur. Bu saziş də milli təhlükəsizlik baxımından qiymətləndirilib.
“GlobalFoundries”in müəssisələri ABŞ-ın Nyu-York ştatında, Almaniya və Sinqapurda yerləşir. “IBM” bölməsinin satın alınmasından sonra ona Nyu-York və Vermont şəhərlərində yerləşən zavodlar əlavə olunacaq.
ABŞ hökuməti mühüm texnologiyaların, o cümlədən mikroelektronika sahəsinin sahiblərinin xarici şirkətlərin olmasından narahatdır. 2003-cü ildə ABŞ Müdafiə Nazirliyi mühüm müdafiə, kəşfiyyat və kommunikasiya sistemləri üçün etibarlı mikrosxem istehsalçıları üçün xüsusi proqram yaratmağı təklif edib. Müdafiə Nazirliyi tərəfindən iyulda dərc edilən hesabatdan məlum olur ki, “IBM” bu proqramın iştirakçılarından biridir, - "Computerworld” yazır.
"IBM” şirkətinin mikroelektronika bölməsinin satılması ABŞ-ın milli təhlükəsizliyi baxımından öyrəniləcək
ABŞ Xarici investisiyalar komitəsi “IBM” şirkətinin mikrosxem istehsalı üzrə bölməsinin “GlobalFoundries” şirkətinə satılmasına dair sazişi müzakirə edəcək.Bu barədə “GlobalFoundries”in nümayəndələri bildiriblər. 2008-ci ildə ABŞ-ın “AMD” şirkətinin istehsal bölməsinin bazası əsasında yaradılan "GlobalFoundries” ABŞ-da fəaliyyət göstərsə də, onun sahibi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan Əbu Dabi İnvestisiya Fondudur. Bu saziş də milli təhlükəsizlik baxımından qiymətləndirilib.
“GlobalFoundries”in müəssisələri ABŞ-ın Nyu-York ştatında, Almaniya və Sinqapurda yerləşir. “IBM” bölməsinin satın alınmasından sonra ona Nyu-York və Vermont şəhərlərində yerləşən zavodlar əlavə olunacaq.
ABŞ hökuməti mühüm texnologiyaların, o cümlədən mikroelektronika sahəsinin sahiblərinin xarici şirkətlərin olmasından narahatdır. 2003-cü ildə ABŞ Müdafiə Nazirliyi mühüm müdafiə, kəşfiyyat və kommunikasiya sistemləri üçün etibarlı mikrosxem istehsalçıları üçün xüsusi proqram yaratmağı təklif edib. Müdafiə Nazirliyi tərəfindən iyulda dərc edilən hesabatdan məlum olur ki, “IBM” bu proqramın iştirakçılarından biridir, - "Computerworld” yazır.
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır