Tarix:25/10/14
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, servisin rəhbəri Joş Miller layihənin bloqunda yazıb ki, bu sosial şəbəkənin yaradılmasına onu ilhamlandıran doxsanıncı illərin internetinin onlayn birlikləri olub.
“Rooms”da müxtəlif mövzular üzrə bağlı qruplar yaratmaq mümkündür. Misal kimi, servisin saytında “şəhər bağçaları”, “küçə stili”, “mops sevənlər”, “makiyaj ustalığı”, “sloupstayl” kimi qruplar təqdim edib.
Köhnə çatlardan fərqli olaraq, yeni texnologiyalar sayəsində “Rooms”da hər istifadəçi foto və videofayllar yükləyə bilər. Misal üçün, ev şirniyyatının şəkilləri və ya birboks çıxışlar video çatları ilə “otaq”.
Qrup yaradıcılarının “otağı” idarə etmək üçün müxtəlif alətləri var. Belə ki, onlar postların altında “like” sözü yerinə, digər söz və müvafiq smaylik qoya, qrupun fon rəngini və şəklini dəyişə, lentin əvvəlində müəyyən postlar yerləşdirə bilərlər. Analoji qurma imkanları “Canlı jurnalda” mövcuddur.
“Rooms” servisi “Facebook”un əsas proqramı ilə bağlı deyil və sosial şəbəkədəki akkauntun məlumatlarını servisdə qeydiyyat üçün tələb etmir. İstifadəçilər hər bir qrup üçün yeni nikname seçə bilərlər.
“Keçmişdəki internetin ən vacib xüsusiyyətlərindən biri onun realda heç vaxt görüşə bilməyəcək insanları birləşdirmək imkani idi. Forumlar və çatlar çox vaxt ayrı-ayrı təbəqələrdən və yerlərdən olan, lakin eyni fikirli insanların ünsiyyət qurduğu bir yer idi. Burada sözlər insanın kimliyindən və kimlərlə tanış olduğundan daha vacib idi”, - deyə layihənin rəhbəri qeyd edib.
Aynur Vəliyeva
“Facebook” yeni anonim forumunun özəllikləri açıqlanıb
“Facebook” sosial şəbəkəsinin “Rooms” adlanan yeni anonim forumu bir neçə il bundan öncə populyar olan çatlara bənzəyir.“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, servisin rəhbəri Joş Miller layihənin bloqunda yazıb ki, bu sosial şəbəkənin yaradılmasına onu ilhamlandıran doxsanıncı illərin internetinin onlayn birlikləri olub.
“Rooms”da müxtəlif mövzular üzrə bağlı qruplar yaratmaq mümkündür. Misal kimi, servisin saytında “şəhər bağçaları”, “küçə stili”, “mops sevənlər”, “makiyaj ustalığı”, “sloupstayl” kimi qruplar təqdim edib.
Köhnə çatlardan fərqli olaraq, yeni texnologiyalar sayəsində “Rooms”da hər istifadəçi foto və videofayllar yükləyə bilər. Misal üçün, ev şirniyyatının şəkilləri və ya birboks çıxışlar video çatları ilə “otaq”.
Qrup yaradıcılarının “otağı” idarə etmək üçün müxtəlif alətləri var. Belə ki, onlar postların altında “like” sözü yerinə, digər söz və müvafiq smaylik qoya, qrupun fon rəngini və şəklini dəyişə, lentin əvvəlində müəyyən postlar yerləşdirə bilərlər. Analoji qurma imkanları “Canlı jurnalda” mövcuddur.
“Rooms” servisi “Facebook”un əsas proqramı ilə bağlı deyil və sosial şəbəkədəki akkauntun məlumatlarını servisdə qeydiyyat üçün tələb etmir. İstifadəçilər hər bir qrup üçün yeni nikname seçə bilərlər.
“Keçmişdəki internetin ən vacib xüsusiyyətlərindən biri onun realda heç vaxt görüşə bilməyəcək insanları birləşdirmək imkani idi. Forumlar və çatlar çox vaxt ayrı-ayrı təbəqələrdən və yerlərdən olan, lakin eyni fikirli insanların ünsiyyət qurduğu bir yer idi. Burada sözlər insanın kimliyindən və kimlərlə tanış olduğundan daha vacib idi”, - deyə layihənin rəhbəri qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 1134
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib