12px13px15px17px
Tarix:27/10/14

“Facebook” vasitəsilə həyat yoldaşının ikinci dəfə evləndiyindən xəbər tutub

“Facebook”da dərc edilmiş fotoşəkillər Britaniyada böyük səs-küyə səbəb olub. 55 yaşlı İvonn Qibney sosial şəbəkə vasitəsilə bilib ki, onun 49 yaşlı əri Moris toya 45 min funt xərcləyərək gizlincə başqa qadınla evlənib.
 
"ICTnews" elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, cütlük 17 il birgə yaşayıb. “The Daily Mail” nəşri yazıb ki, neft biznesində çalışan Moris uzun müddətdir Omanda işləyib. İvonn təsadüfən sosial şəbəkədə şərhləri oxuyarkən Süzan Prudonun səhifəsinə daxil olub və onun həyat yoldaşı ilə şəklini görüb. Məlum olub ki, ötən ilin martında evli kişi Omanda yenidən evlənib. Toy mərasimi Böyük Britaniya səfirliyində keçirilib.
 
 
İvonn dəbdəbəli toy mərasimi haqda əlavə məlumat toplayıb və məlum olub ki, toy üçün 45 min funt xərclənib. Bundan sonra qadın polisə müraciət edib.
 
İvonn məhkəmədə bildirib ki, əri yeni il ərəfəsində ona xəyanət edib. Belə ki, iş görüşü bəhanəsi ilə sevgilisi Süzan Prudo ilə vaxt keçirib. Qadın deyib ki, "ərini çox sevib və sevginin qarşılıqlı olduğuna inanıb". İvonn bildirib ki, xəyanətə görə o, iki ay depressiyaya düşüb və bu müddətdə işləməyib. Qadının fikrincə, bu məsələni sivil yolla həll etmək olardı: "Əgər ərim boşanmaq istədiyini bildirsəydi, artıq çoxdan bu proses başlanmışdı".
 
Moris özünü ikiarvadlılıqda günahkar bilib: ona 2 il müddətinə möhlət hüququ verilməklə 6 ay müddətinə azadlıqdan məhrum ediblər.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024