12px13px15px17px
Tarix:27/10/14

Sundar Piçai “Google”da ikinci şəxs olub

“Google”un baş direktoru Larri Peyc şirkət rəhbərliyi arasında mühüm yerdəyişmə edib: vitse-prezident Sundar Piçai internet axtarış sistemində ikinci şəxsə çevrilib. Top-menecer xəritə, “Google+” sosial şəbəkəsi, axtarış, ticarət və reklam məhsulları, həmçinin elmi -tədqiqat layihələri və infrastrukturdan məsuliyyət daşıyacaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, bu vaxtadək Larri Peycə tabe olan sözügedən bölmələrin rəhbərləri indi bilavasitə Piçaiyə tabe olacaqlar. Bununla belə, Sundar “Android”, “Chrome” və “Google Apps” platformalarının inkişafına nəzarətə davam edəcək.

Etibarlı mənbələrə istinadən “Re/code” saytı yazır ki, Peyc ondan narahatdır ki, “Google” şirkəti illər ötdükcə daha az innovasiya təqdim edən şirkətə çevrilir. Belə ki, kadr yerdəyişmələri ona yeni layihələrə köklənməyə kömək etməlidir. “Google”un baş direktoru biznes, əməliyyat və maliyyə sahələrinin idarəsinə davam edəcək.

Emil Hüseynov




Baxış sayı: 823

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024