Tarix:27/10/14
“ICTnews” xəbər xidmətinin “Roskosmos”un rəsmi saytına istinadən verdiyi məlumata əsasən, iclasın yekununda ölkələr protokol imzalayıblar.
Protokol çoxtərəfli əməkdaşlığın hüquqi-normativ bazasının yaradılması, GLONASS sisteminin siqnallarını istifadə edən yerüstü infrastrukturların tətbiqi, MDB ölkələrinin Kosmos və böyük qəzalar üzrə beynəlxalq xartiyalara birləşməsi, MDB ölkələrinin maraqları çərçivəsində fövqəladə hallarda dövlətlərarası kosmik monitorinq sisteminin və regionlararası peyk rabitəsi sisteminin yaradılması məsələləri ilə bağlı qərarları əhatə edib.
Bundan başqa, protokolda “Birləşmiş kosmik tədqiqatlar institutu” beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatının yaradılması haqda sazişin layihəsinin hazırlanması, MDB ölkələrinin kənd təsərrüfatı torpaqlarının birləşmiş peyk monitorinqi sisteminin yaradılması və s. məsələlər nəzərdə tutulub.
Tədbirin sonunda növbəti iclasın 2015-ci ildə Minsk şəhərində keçiriləcəyi bildirilib.
Aynur Vəliyeva
Azərbaycan MDB ölkələrinin kosmik sahələrinin inkişafı üzrə birgə layihələrdə iştirak edə bilər
Azərbaycan bu günlərdə Moskvada keçirilən MDB ölkələrinin Kosmik sahədə əməkdaşlıq üzrə hökumət icra orqanlarının nümayəndələrinin ikigünlük iclasında təmsil olunub.“ICTnews” xəbər xidmətinin “Roskosmos”un rəsmi saytına istinadən verdiyi məlumata əsasən, iclasın yekununda ölkələr protokol imzalayıblar.
Protokol çoxtərəfli əməkdaşlığın hüquqi-normativ bazasının yaradılması, GLONASS sisteminin siqnallarını istifadə edən yerüstü infrastrukturların tətbiqi, MDB ölkələrinin Kosmos və böyük qəzalar üzrə beynəlxalq xartiyalara birləşməsi, MDB ölkələrinin maraqları çərçivəsində fövqəladə hallarda dövlətlərarası kosmik monitorinq sisteminin və regionlararası peyk rabitəsi sisteminin yaradılması məsələləri ilə bağlı qərarları əhatə edib.
Bundan başqa, protokolda “Birləşmiş kosmik tədqiqatlar institutu” beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatının yaradılması haqda sazişin layihəsinin hazırlanması, MDB ölkələrinin kənd təsərrüfatı torpaqlarının birləşmiş peyk monitorinqi sisteminin yaradılması və s. məsələlər nəzərdə tutulub.
Tədbirin sonunda növbəti iclasın 2015-ci ildə Minsk şəhərində keçiriləcəyi bildirilib.
Aynur Vəliyeva
Baxış sayı: 796
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır