Tarix:27/10/14
Oktyabrın 22-də Macarıstan hökuməti 2015-ci ildən ölkədə internet trafiki üçün verginin tətbiqinə dair qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib. Hökumət nümayəndələri provayder və rabitə operatorlarından 1 qiqabayt trafik üçün 150 forintinin tutulmasını təklif edirlər.
Qanun layihəsi təqdim edildikdən dərhal sonra “Facebook” sosial şəbəkəsində etiraz aksiyasında iştiraka səsləyən qrup yaradılıb. Qrup dörd gün ərzində 210 mindən çox tərəfdaş toplamağa nail olub. İqtisadiyyat Nazirliyi qarşısında keçirilən mitinqdə isə 10 minə yaxın etirazçı iştirak edib.
Mitinq təşkilatçılarının fikrincə, yeni qanun Macarıstanın ictimai sinifləri arasında texnoloji fərqi gücləndirəcək, məktəb və universitetlərdə internetə çıxışı məhdudlaşdıracaq.
Aksiya təşkilatçıları hökumətin iki gün ərzində qanun layihəsini geri götürməyəcəyi təqdirdə yeni etiraz aksiyaları keçirəcəyini bəyan ediblər, - "theRunet” yazır.
Macarıstanda internet trafiki üçün vergiyə qarşı kütləvi etiraz aksiyaları keçirilib
Oktyabrın 26-da Budapeştdə Macarıstanın minlərlə sakini internet trafiki üçün verginin tətbiqinə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib. Etirazçıların fikrincə, təklif edilən yeni qanun əsas demokratik hüquq və azadlıqları pozur.Oktyabrın 22-də Macarıstan hökuməti 2015-ci ildən ölkədə internet trafiki üçün verginin tətbiqinə dair qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib. Hökumət nümayəndələri provayder və rabitə operatorlarından 1 qiqabayt trafik üçün 150 forintinin tutulmasını təklif edirlər.
Qanun layihəsi təqdim edildikdən dərhal sonra “Facebook” sosial şəbəkəsində etiraz aksiyasında iştiraka səsləyən qrup yaradılıb. Qrup dörd gün ərzində 210 mindən çox tərəfdaş toplamağa nail olub. İqtisadiyyat Nazirliyi qarşısında keçirilən mitinqdə isə 10 minə yaxın etirazçı iştirak edib.
Mitinq təşkilatçılarının fikrincə, yeni qanun Macarıstanın ictimai sinifləri arasında texnoloji fərqi gücləndirəcək, məktəb və universitetlərdə internetə çıxışı məhdudlaşdıracaq.
Aksiya təşkilatçıları hökumətin iki gün ərzində qanun layihəsini geri götürməyəcəyi təqdirdə yeni etiraz aksiyaları keçirəcəyini bəyan ediblər, - "theRunet” yazır.
Baxış sayı: 805
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır