Tarix:27/10/14
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startapın fəaliyyətə başladığını bildirən rektor, gələcəkdə startapların sayının dəfələrlə artacağını vurğulayıb.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin İqtisad Universitetində yaradılması təsadüfi deyil. “Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də yararlanacaqlar”.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb: “İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq.
Sonra ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqda qonaqlara ətraflı məlumat verib. Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb” veb dizayn studiyasının təqdimatı olub.
CAHANGİR
Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun təqdimatı olub
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Universitetdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib. Qonaqlar əvvəlcə İBİ-nin ofisi ilə tanış olublar.Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startapın fəaliyyətə başladığını bildirən rektor, gələcəkdə startapların sayının dəfələrlə artacağını vurğulayıb.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfə ADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin İqtisad Universitetində yaradılması təsadüfi deyil. “Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri ilə ünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də yararlanacaqlar”.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb: “İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq.
Sonra ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqda qonaqlara ətraflı məlumat verib. Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb” veb dizayn studiyasının təqdimatı olub.
CAHANGİR
Baxış sayı: 847
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır