Tarix:27/10/14
Həyata keçirilən bu işlər informasiya-kommunikasiya texnologiyaları sahəsində də öz bəhrəsini verir. Belə ki, 1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) fəal üzvü kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz bu il üçüncü dəfə Şuraya namizədliyini irəli sürüb.
Səlahiyyətli Konfransda ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.
Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin də dəstəyi xüsusi qeyd edilməlidir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində qarşılıqlı səsvermə yolu ilə şuraya üzvlük seçki yolu ilə təmin olunub.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur. Səlahiyyətli Konfrans Birliyin ali orqanıdır.
Konfrans BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur.
Bu il Səlahiyyətli Konfrans Cənubi Koreyanın Busan şəhərində keçirilib.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti sayəsində Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa söykənən münasibətləri səmərəli nəticələrini verməkdədir.Həyata keçirilən bu işlər informasiya-kommunikasiya texnologiyaları sahəsində də öz bəhrəsini verir. Belə ki, 1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) fəal üzvü kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən ölkəmiz bu il üçüncü dəfə Şuraya namizədliyini irəli sürüb.
Səlahiyyətli Konfransda ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Oktyabrın 27-də keçirilən seçkilərdə ilk dəfə 94 səslə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini verən ölkələr - Polşa, Bolqarıstan, Rusiya, Rumıniya, Makedoniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Bolqarıstanın Şuraya üzvlüyü qəbul olunub.
Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin də dəstəyi xüsusi qeyd edilməlidir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar nəticəsində qarşılıqlı səsvermə yolu ilə şuraya üzvlük seçki yolu ilə təmin olunub.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur. Səlahiyyətli Konfrans Birliyin ali orqanıdır.
Konfrans BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur.
Bu il Səlahiyyətli Konfrans Cənubi Koreyanın Busan şəhərində keçirilib.
Baxış sayı: 1013
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı