12px13px15px17px
Tarix:28/10/14

Rusiyalıların təxminən 28%-i planşetdən istifadə edir

“Google” şirkətinin "İstehlak barometri" xidmətində yerləşdirilmiş tədqiqatına əsasən, Rusiyada adambaşına orta hesabla internetə çıxış imkanına malik 2,4 qurğu düşür: bu göstərici Şərqi Avropada ən yüksək nəticədir.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Çexiya və Slovakiyada da müvafiq nəticə qeydə alınıb, regionda adambaşına minimal (1) cihaz Ukraynadadır.
 
“Google”un məlumatına görə, rusiyalıların təxminən 28%-i planşetdən istifadə edir: bu, həmçinin regionda ən yüksək göstəricidir. Həmçinin Estoniya və Çexiyada planşetlər geniş yayılıb (20%), Ukrayna isə bu göstərici (7 faiz) üzrə yenə sonuncudur. Bununla belə, Sinqapurda respondentlərin 85%-i, Çində 70%-i, Böyük Britaniyada isə 68%-i planşetlərdən istifadə edir.
 
Rusiyada istifadəçilərin təxminən 79%-i gündəlik internetə daxil olur. 16-34 yaşlı rusiyalılar arasında gündəlik aktiv istifadəçilərin payı 90%-i ötür, ancaq 55 yaşdan yuxarı insanların təxminən 70%-i, həmçinin hər gün internetə daxil olur. Yaponiya gündəlik aktiv internet istifadəçilərinin sayına görə dünyada liderdir.
 
Rusiyada respondentlərin təxminən 75%-i sosial şəbəkələrdən istifadə edir. Ancaq Rusiya bu göstəriciyə görə Türkiyə (92%), Argentina (86%) və ya Braziliyadan (84%) geri qalır.
 
İnternetdə onlaynşopinq sürətlə populyarlaşır. “Google”un sorğusu zamanı hər üçüncü respondent məhz internet üzərindən geyim və ya ayaqqabı satın alıb.
 
"İstehlak barometri" “Google”un ödənişsiz statistika xidmətdir. Dünyanın 47 ölkəsində insanların şəbəkəyə çıxışı üçün internet və qurğulardan istifadəsini araşdırır.
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024