12px13px15px17px
Tarix:28/10/14

“Microsoft Office 365” istifadəçilərinə məhdudiyyətsiz “Onedrive” “bulud” mühiti təqdim ediləcək


"Microsoft" şirkəti "Office 365" "bulud" servisinin istifadəçilərinə  "OneDrive" onlayn mühitinə məhdudiyyətsiz çıxış təqdim edəcək.
 
"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu təklifdən biznes sifarişçilərlə yanaşı, fərdi istifadəçilər də yararlana biləcəklər. "Office 365", "bulud"da ofis alətləri komplektinin istifadəçilərinə bundan öncə 1 TB həcmində "OneDrive" mühiti təqdim edilirdi.
 
Ekspertlər "Microsoft Office 365" istifadəçilərinin sayının bundan sonra artacağını proqnozlaşdırırlar və bununla "OneDrive" "bulud"unun rəqiblərini əhəmiyyətli dərəcədə sıxışdıra bilər. Misal üçün, "Dropbox" servisi 1TB onlayn mühiti ayda 9,99 dollara təklif edir, lakin "Microsoft Office"ə oxşar alətlər daxil etmir.
 
Məhdudiyyətsiz onlayn mühit sayəsində "OneDrive" servisi müxtəlif fiziki informasiya daşıyıcılarından, o cümlədən tutumu və xidmət müddəti məhdud olan xarici sərt diskdən imtina etməyə imkan verir.
 
İstifadəçilər istənilən vaxt və istənilən yerdən öz sənədlərini, audio, video və digər fayllarını "Microsoft OneDrive"a yükləyə bilərlər, həmçinin onları geriyə qovluğa yükləyə bilərlər.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024