Tarix:29/10/14
Səfərdə kənd təsərrüfatının idarə edilməsində müasir texnologiyaların, coğrafi informasiya sistemlərinin tətbiqi sahəsində məlumatlar, torpaqların konsolidasiyası, su idarəçiliyinin tətbiqi və əldə olunmuş nailiyyətlərlə tanış olunub. Səfər çərçivəsində baş tutan görüşlərdə Hollandiya təşkilatlarının fəaliyyəti, gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumatlar verilib və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə qurumlar arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Eləcə də Azərbaycanın bu ölkədəki səfiri Mir-Həmzə Əfəndiyev Hollandiya ilə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, Niderland Krallığında innovativ texnologiyaların tətbiqi, səmərəlilik, təlimlər, idarəetmə sahəsində effektiv metodların səviyyəsi çox yüksəkdir və bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədəuyğundur.
Nümayəndə heyəti Hollandiyanın ən müasir İKT əsasında yaradılan heyvandarlıq kompleksi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tingçilik və toxumçuluq müəssisələrində olublar. Müəssisələr öz fəaliyyətləri ilə əlaqədar geniş təqdimatlar keçiriblər. Onların təcrübələri, əldə etdikləri nailiyyətlərin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Eyni zamanda səfər çərçivəsində Limburq vilayətinin İqtisadi məsələlər və torpağın inkişafı üzrə regional naziri cənab Tvan Beurskerslə və regionun digər rəsmi şəxsləri ilə görüşlər keçirilib. Qarşı tərəf Niderland nümayəndə heyətinin 2014-cü ilin aprel ayında Bakıya səfərindən və Azərbaycanın dinamik inkişafından məmnun qaldığını bildirib, Niderland təcrübəsinin Azərbaycanda tətbiq edilməsinə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd ediblər.
Nazir söyləyib ki, hökumətlərarası razılaşmalara görə nəzərdə tutulan Azərbaycan Biznesin İnkişafı Mərkəzinin yaradılması layihəsinin yaxın gələcəkdə reallaşdırılması Azərbaycan Respublikası ilə Niderland Krallığı, həmçinin Almaniya, Belçika, Lüksemburq kimi ölkələrlə əməkdaşlığın və ticarət dövriyyəsinin xeyli dərəcədə inkişaf etdirilməsinə təkan verəcəkdir.
SEYMUR
Niderlandın elektron kənd təsərrüfatı sistemi öyrənilir
Azərbaycan Niderlandın elektron kənd təsərrüfatı sistemini öyrənir. Bu məqsədlə nazir müavini Seyfəddin Talıbovun rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olub.Səfərdə kənd təsərrüfatının idarə edilməsində müasir texnologiyaların, coğrafi informasiya sistemlərinin tətbiqi sahəsində məlumatlar, torpaqların konsolidasiyası, su idarəçiliyinin tətbiqi və əldə olunmuş nailiyyətlərlə tanış olunub. Səfər çərçivəsində baş tutan görüşlərdə Hollandiya təşkilatlarının fəaliyyəti, gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumatlar verilib və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə qurumlar arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Eləcə də Azərbaycanın bu ölkədəki səfiri Mir-Həmzə Əfəndiyev Hollandiya ilə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, Niderland Krallığında innovativ texnologiyaların tətbiqi, səmərəlilik, təlimlər, idarəetmə sahəsində effektiv metodların səviyyəsi çox yüksəkdir və bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədəuyğundur.
Nümayəndə heyəti Hollandiyanın ən müasir İKT əsasında yaradılan heyvandarlıq kompleksi, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, tingçilik və toxumçuluq müəssisələrində olublar. Müəssisələr öz fəaliyyətləri ilə əlaqədar geniş təqdimatlar keçiriblər. Onların təcrübələri, əldə etdikləri nailiyyətlərin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Eyni zamanda səfər çərçivəsində Limburq vilayətinin İqtisadi məsələlər və torpağın inkişafı üzrə regional naziri cənab Tvan Beurskerslə və regionun digər rəsmi şəxsləri ilə görüşlər keçirilib. Qarşı tərəf Niderland nümayəndə heyətinin 2014-cü ilin aprel ayında Bakıya səfərindən və Azərbaycanın dinamik inkişafından məmnun qaldığını bildirib, Niderland təcrübəsinin Azərbaycanda tətbiq edilməsinə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd ediblər.
Nazir söyləyib ki, hökumətlərarası razılaşmalara görə nəzərdə tutulan Azərbaycan Biznesin İnkişafı Mərkəzinin yaradılması layihəsinin yaxın gələcəkdə reallaşdırılması Azərbaycan Respublikası ilə Niderland Krallığı, həmçinin Almaniya, Belçika, Lüksemburq kimi ölkələrlə əməkdaşlığın və ticarət dövriyyəsinin xeyli dərəcədə inkişaf etdirilməsinə təkan verəcəkdir.
SEYMUR
Baxış sayı: 800
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır