12px13px15px17px
Tarix:29/10/14

“Facebook”un xalis mənfəəti artıb

2014-cü ilin üçüncü rübündə “Facebook” sosial şəbəkəsinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə (90%) artaraq 806 milyon dollara çatıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hesabat dövründə gəlir 59% artaraq 3,2 milyard təşkil edib. Reklamdan əldə olunan gəlirin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 2,96 milyard dollar təşkil edib. Bu halda şirkətdən bildirilib ki, reklam gəlirinin 66%-i mobil reklamın payına düşür, halbuki bir il əvvəl bu göstərici 49% olub.

Sosial şəbəkənin aylıq auditoriyası 1,35 milyard istifadəçi təşkil edir.
“Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib.

Emil Hüseynov
 



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024