12px13px15px17px
Tarix:29/10/14

Naxçıvan Özəl Universitetində Avropa Kompüter İstifadəçi Sertifikatı layihəsini tətbiq etmək niyyətindədir

Naxçıvan Özəl Universitetində (NÖU) ENOTES TEMPUS proqramı çərçivəsində Avropa Kompüter İstifadəçi Sertifikatı (ECDL) layihəsi ilə bağlı tədbir keçirilib.
 

Naxçıvan Özəl Universitetinin mətbuat xidmətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə qeyd edilib ki, “ECDL” (European Computer Driving Lisence) kompüter biliklərini ölçən beynəlxalq sertifikat layihəsidir. TEMPUS proqramı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi “ECDL” milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir.

Bildirilib ki, layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, İKT biliklərində beynəlxalq standartların tətbiqi qarşıya məqsəd qoyulub.
 
ENOTES layihəsi üç il ərzində ölkənin müxtəlif bölgələrindəki ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək müasir təlim metodları ilə tədris aparılmasını, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmağı, müasir metodlardan istifadə etməklə tədqiqatlara dəstək verməyi nəzərdə tutur.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024