Tarix:29/10/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, gündəlik aktiv auditoriya sayı istifadəçilərin cəlb olunmasını əks etdirir. Bu, “Facebook”un reklam biznesi üçün mühüm parametrdir. Hər gün mobil qurğulardan “Facebook” şəbəkəsinə daxil olan istifadəçilərin sayı, demək olar, xidmətin gündəlik aktiv auditoriyasına bərabərdir. Bu, bir ildə sosial şəbəkənin gəlirində mobil reklamın payının 40-dan 66%-dək artmasını qismən izah edir.
Sosial şəbəkədən, heç olmasa, ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda “Facebook”un auditoriyası 30 milyon istifadəçi artıb. “Facebook” istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir.
Ümumi göstəricilərlə müqayisədə mobil auditoriyanın aktiv artması şirkətin işinə yarayır. “Facebook”un baş direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. “Facebook” şirkəti, həmçinin “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir.
Emil Hüseynov
“Facebook”un gündəlik mobil auditoriyası 700 milyonu ötüb
Gündəlik təxminən 703 milyon istifadəçi mobil qurğulardan “Facebook” sosial şəbəkəsinə daxil olur. Son ildə bu göstərici 39% artıb."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, gündəlik aktiv auditoriya sayı istifadəçilərin cəlb olunmasını əks etdirir. Bu, “Facebook”un reklam biznesi üçün mühüm parametrdir. Hər gün mobil qurğulardan “Facebook” şəbəkəsinə daxil olan istifadəçilərin sayı, demək olar, xidmətin gündəlik aktiv auditoriyasına bərabərdir. Bu, bir ildə sosial şəbəkənin gəlirində mobil reklamın payının 40-dan 66%-dək artmasını qismən izah edir.
Sosial şəbəkədən, heç olmasa, ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda “Facebook”un auditoriyası 30 milyon istifadəçi artıb. “Facebook” istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir.
Ümumi göstəricilərlə müqayisədə mobil auditoriyanın aktiv artması şirkətin işinə yarayır. “Facebook”un baş direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. “Facebook” şirkəti, həmçinin “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir.
Emil Hüseynov
Baxış sayı: 944
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır