12px13px15px17px
Tarix:29/10/14

Yaponiya şirkəti ilk sualtı mağaza açacaq

Yaponiyanın “Sony” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi qurğular üçün qeyri-adi mağaza açmağı planlaşdırır. Belə ki, mağazanın dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompüter modelləri satışa çıxarılacaq.
 
Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, qeyd olunur ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər. 
 
“Sony” şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, "Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meyilli olduğunu göstərəcək.
 
“XperiaBlog” saytının məlumatına görə, qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir, - "NEWSru” yazır. 



Baxış sayı: 986

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024