Tarix:29/10/14
Görüş Avropa Biznes Assambleyası tərəfindən Böyük Britaniyada təşkil olunmuş “Elm və təhsil liderlərinin Oksford sammiti” çərçivəsində baş tutub. AMEA-dan verilən məlumata görə, görüşdə GGİ ilə şirkətin birgə apardığı tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.
Akademiyadan o da qeyd olunub ki, H.Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb. Yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb.
Tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb.
Həmçinin, Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub. Sammit çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” adlı mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda Beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər. Tədbir çərçivəsində Temza Dolinası Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüş və Vindzor qəsrinə ekskursiya da təşkil olunub.
Həqiqət İSABALAYEVA
Geologiya və Geofizika İnstitutunun “Bp” ilə əməkdaşlığı yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) “Bp” şirkəti ilə əməkdaşlığı yeni texnologiyaların elmi əsaslarının hazırlanması üçün imkan yaradacaq. Bu fikir GGİ-nin Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyevin “Bp” şirkətinin məsul işçiləri ilə görüşündə vurğulanıb.Görüş Avropa Biznes Assambleyası tərəfindən Böyük Britaniyada təşkil olunmuş “Elm və təhsil liderlərinin Oksford sammiti” çərçivəsində baş tutub. AMEA-dan verilən məlumata görə, görüşdə GGİ ilə şirkətin birgə apardığı tədqiqatların hazırkı mərhələsi müzakirə olunub. Prioritet elm sahələrində görülən işlərin mühüm nəticələr verəcəyinə əminlik ifadə olunub, bu məqsədlərə yönəlmiş beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi zəruri hesab edilib.
Akademiyadan o da qeyd olunub ki, H.Quliyev Böyük Britaniyada Oksford Akademiya İttifaqının təsisçiləri və üzvləri sırasında yer alıb. Yeni qurum elm və təhsil liderlərinin Oksford sammitində imzalanmış memorandumla yaradılıb.
Tədbirdə Azərbaycandan əlavə 30-dan çox ölkə təmsil olunub. H.Quliyevin təsisçilərin sırasında yer alması sammitin təşkilat komitəsinin təklifi ilə reallaşıb.
Həmçinin, Azərbaycan aliminə ittifaqa üzvlük barədə sertifikat təqdim olunub. Sammit çərçivəsində təşkil olunmuş “dəyirmi masa”da “Gələcəyin universiteti”, “Təhsilin, elmin və istehsalatın effektiv inteqrasiya formaları” və “Təhsil prosesinin yaxşılaşdırılması” adlı mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin sonunda “Gələcəyin universiteti” mövzusunda Beynəlxalq müsabiqənin mükafatlandırılma mərasimi təşkil olunub, qaliblər müxtəlif diplom və sertifikatlarla təltif ediliblər. Tədbir çərçivəsində Temza Dolinası Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüş və Vindzor qəsrinə ekskursiya da təşkil olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 959
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır