Tarix:29/10/14
“Gəncədə son illər yüksək texnologiyalara əsaslanan sənayenin formalaşması, bu prosesə elmi dəstək verən qurumların yaradılması, ölkə üçün aktual olan elmi problemlərin araşdırılması, Azərbaycan və dünya elminə töhfələr verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”.
Akademik ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində aparılan işlərdən, qəbul edilən dövlət proqramlarından söhbət açıb, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb:
“Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsiplərindən biri də “innovativlik – elmi-texniki tərəqqinin yeniliklərinin nəzərə alınması və müasir elmi tədqiqatların aparılmasına diqqət ayrılması”dır. AMEA Azərbaycan elminin ayrılmaz hissəsi olan bir qurum kimi, ölkənin bütün regionlarında, o cümlədən Gəncədə elmin inkişafına böyük əhəmiyyət verir”.
AMEA-da aparılan genişmiqyaslı islahatlardan danışan alim cari ilin fevral ayında AMEA Rəyasət Heyətinin Gəncə şəhərində keçirilmiş səyyar iclasını xatırladaraq, burada elmin inkişafı istiqamətində həlli vacib problemlərin müzakirə olunduğunu qeyd edib: “İclasda qəbul edilmiş qərarlardan biri də ondan ibarət idi ki, Gəncənin elm və təhsil müəssisələrində informasiya texnologiyalarının geniş tətbiqi, elm və təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün mütləq burada şəbəkə infrastrukturu yaradılsın və Gəncədə çalışan alimlərin və gənc tədqiqatçıların beynəlxalq elmi bazalara çıxışı təmin edilsin. Bu qərarın icrası artıq yekunlaşmışdır: genişzolaqlı İnternet texnologiyasının əsasını təşkil edən fiber-optik kabel xətləri çəkilib, AMEA-nın Gəncə bölməsində “AzScienceNet” şəbəkəsinin infrastrukturu yaradılıb. Müvafiq istiqamətdə fəaliyyətin davamı olaraq, burada İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılıb”. AMEA-nın “AzScienceNet” EKŞ-nin geniş imkanlarını nəzərə çatdıran R.Əliquliyev bu şəbəkənin fəaliyyətinin günü-gündən daha da genişləndiyini, ölkə üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. AMEA-nın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən “AzScienceNet”-in 10 mindən çox istifadəçisinin olduğunu qeyd edib. Bu şəbəkənin Avropanın magistral elm-təhsil kompüter şəbəkəsi olan GEANT şəbəkəsinə qoşulmasının planlaşdırıldığını nəzərə çatdıraraq, bunun Azərbaycan, o cümlədən Gəncə şəhərində yerləşən elm və təhsil müəssisələri üçün geniş imkanlar yaradacağına əminliyini ifadə etdi.
Gəncədə DTM-nin yaradılmasının əhəmiyyətini vurğulayan R.Əliquliyev bu mərkəzin Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaratdığını söyləyib.
R.Əliquliyev AMEA RH, AR Təhsil Nazirliyi, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının birgə qərarı əsasında respublikanın bütün doktorant və dissertantları üçün “İnformatika” fənni üzrə tədris kurslarının təşkilinin və doktorluq imtahanlarının qəbulunun mərkəzləşdirilmiş qaydada AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, institutun Tədris-İnnovasiya Mərkəzində 2003-cü ildən bu günə kimi 13 minə yaxın doktorant və dissertanta institutun alim və mütəxəssisləri tərəfindən elmi fəaliyyət üçün əhəmiyyət kəsb edən mövzularda: elmmetriya, informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti, informasiya mədəniyyəti, “bulud” texnologiyaları və s. üzrə nəzəri biliklər aşılanır, eyni zamanda elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün vacib olan kompüter proqramları üzrə praktiki biliklər tədris edilir. 2011-ci ildən bu mərkəzdə əyani təhsillə yanaşı, distant təhsil xidmətlərinin də həyata keçirildiyini vurğulayan alim AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantlarının 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil aldığını söyləyib.
Sonra çıxış edən AMEA Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev AMEA Gəncədə 120-yə yaxın gənc alim və mütəxəssisin fəaliyyət göstərərək, elmi tədqiqatlar apardığını diqqətə çatdırıb, DTM-də təşkil olunan dərslərdə 4 universitet və 6 elmi tədqiqat institutunun doktorantlarının iştirak edəcəyini söyləyib.
Həqiqət İSABALAYEVA
AMEA Gəncə bölməsində İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılıb
AMEA Gəncə Bölməsində (GB) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Distant Tədris Mərkəzi DTM yaradılıb. GB-də mərkəzin açılışına həsr olunmuş virtual tədbir keçirilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) Distant Tədris Mərkəzində videokonfrans sistemi vasitəsilə baş tutan tədbirdə İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev prezident İlham Əliyevin ölkəmizin sürətlə inkişaf edən bölgələrindən biri kimi Gəncə şəhərinin inkişafına xüsusi qayğı göstərdiyini deyib:“Gəncədə son illər yüksək texnologiyalara əsaslanan sənayenin formalaşması, bu prosesə elmi dəstək verən qurumların yaradılması, ölkə üçün aktual olan elmi problemlərin araşdırılması, Azərbaycan və dünya elminə töhfələr verilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir”.
Akademik ölkəmizdə informasiya cəmiyyəti quruculuğu, İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində aparılan işlərdən, qəbul edilən dövlət proqramlarından söhbət açıb, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elmin qarşısında mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb:
“Milli Strategiyanın həyata keçirilməsinin əsas prinsiplərindən biri də “innovativlik – elmi-texniki tərəqqinin yeniliklərinin nəzərə alınması və müasir elmi tədqiqatların aparılmasına diqqət ayrılması”dır. AMEA Azərbaycan elminin ayrılmaz hissəsi olan bir qurum kimi, ölkənin bütün regionlarında, o cümlədən Gəncədə elmin inkişafına böyük əhəmiyyət verir”.
AMEA-da aparılan genişmiqyaslı islahatlardan danışan alim cari ilin fevral ayında AMEA Rəyasət Heyətinin Gəncə şəhərində keçirilmiş səyyar iclasını xatırladaraq, burada elmin inkişafı istiqamətində həlli vacib problemlərin müzakirə olunduğunu qeyd edib: “İclasda qəbul edilmiş qərarlardan biri də ondan ibarət idi ki, Gəncənin elm və təhsil müəssisələrində informasiya texnologiyalarının geniş tətbiqi, elm və təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün mütləq burada şəbəkə infrastrukturu yaradılsın və Gəncədə çalışan alimlərin və gənc tədqiqatçıların beynəlxalq elmi bazalara çıxışı təmin edilsin. Bu qərarın icrası artıq yekunlaşmışdır: genişzolaqlı İnternet texnologiyasının əsasını təşkil edən fiber-optik kabel xətləri çəkilib, AMEA-nın Gəncə bölməsində “AzScienceNet” şəbəkəsinin infrastrukturu yaradılıb. Müvafiq istiqamətdə fəaliyyətin davamı olaraq, burada İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi yaradılıb”. AMEA-nın “AzScienceNet” EKŞ-nin geniş imkanlarını nəzərə çatdıran R.Əliquliyev bu şəbəkənin fəaliyyətinin günü-gündən daha da genişləndiyini, ölkə üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. AMEA-nın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən “AzScienceNet”-in 10 mindən çox istifadəçisinin olduğunu qeyd edib. Bu şəbəkənin Avropanın magistral elm-təhsil kompüter şəbəkəsi olan GEANT şəbəkəsinə qoşulmasının planlaşdırıldığını nəzərə çatdıraraq, bunun Azərbaycan, o cümlədən Gəncə şəhərində yerləşən elm və təhsil müəssisələri üçün geniş imkanlar yaradacağına əminliyini ifadə etdi.
Gəncədə DTM-nin yaradılmasının əhəmiyyətini vurğulayan R.Əliquliyev bu mərkəzin Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaratdığını söyləyib.
R.Əliquliyev AMEA RH, AR Təhsil Nazirliyi, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının birgə qərarı əsasında respublikanın bütün doktorant və dissertantları üçün “İnformatika” fənni üzrə tədris kurslarının təşkilinin və doktorluq imtahanlarının qəbulunun mərkəzləşdirilmiş qaydada AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, institutun Tədris-İnnovasiya Mərkəzində 2003-cü ildən bu günə kimi 13 minə yaxın doktorant və dissertanta institutun alim və mütəxəssisləri tərəfindən elmi fəaliyyət üçün əhəmiyyət kəsb edən mövzularda: elmmetriya, informasiya təhlükəsizliyi, informasiya cəmiyyəti, informasiya mədəniyyəti, “bulud” texnologiyaları və s. üzrə nəzəri biliklər aşılanır, eyni zamanda elmi tədqiqat işlərinin yerinə yetirilməsi üçün vacib olan kompüter proqramları üzrə praktiki biliklər tədris edilir. 2011-ci ildən bu mərkəzdə əyani təhsillə yanaşı, distant təhsil xidmətlərinin də həyata keçirildiyini vurğulayan alim AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantlarının 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil aldığını söyləyib.
Sonra çıxış edən AMEA Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev AMEA Gəncədə 120-yə yaxın gənc alim və mütəxəssisin fəaliyyət göstərərək, elmi tədqiqatlar apardığını diqqətə çatdırıb, DTM-də təşkil olunan dərslərdə 4 universitet və 6 elmi tədqiqat institutunun doktorantlarının iştirak edəcəyini söyləyib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1337
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır