12px13px15px17px
Tarix:29/10/14

Azərbaycan genişzolaqlı internetin inkişafını əks etdirən beynəlxalq hesabatda MDB məkanında liderdir

Azərbaycan Beynəlxalq telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında mövqelərini yüksəldib.

Ölkəmiz 17 balla 48-ci yerdə qərarlaşaraq MDB məkanında stasionar genişzolaqlı internetin əhatə dairəsinə görə Rusiyanı (50-ci yer), Moldovanı (60-cı yer), Qazaxıstanı (68-ci yer), Türkiyəni (69-cu yer), Gürcüstanı (72-ci yer), Ukraynanı (78-ci yer), Ermənistanı (80-ci yer), İranı (92-ci yer) geridə qoyub.

Bundan başqa, mobil genişzolaqlı şəbəkə istifadəçilərinin sayına görə Azərbaycan 43.9 balla 46-cı yerdə qərarlaşıb. Beləliklə,   Azərbaycan Qazaxıstan, Litva, Moldova, Belarus, Ermənistan, Gürcüstan  və digər MDB ölkələrini, eləcə də,  qonşu Türkiyəni  geridə qoyub.

İnkişaf edən ölkələrdə internetlə təmin edilmiş ev təsərrüfatlarının sayına görə Azərbaycan beynəlxalq reytinqdə 51.5 balla 23-cü yerdə qərarlaşıb. Bu reytinqdə Azərbaycan qonşu Türkiyəni, İranı, Gürcüstanı, Ermənistanı xeyli geridə qoyub.

İnternetdən istifadə edən insanların sayına görə ölkələrin reytinqinə əsasən, Azərbaycan 58.7 balla 63-cü yerdə qərarlaşıb və bununla da Qazaxıstanı, Türkiyəni, Ukraynanı və Ermənistanı qabaqlayıb.
İnkişaf etmiş ölkələrdə internetdən istifadə edən insanların sayına görə beynəlxalq reytinqdə Azərbaycan 58.7 balla 24-cü yeri, MDB məkanında isə birinci yeri tutub. Beləliklə, ölkəmiz regionun liderlərindən biri olan Qazaxıstan, Türkiyə, Gürcüstan və Ermənistanı bu göstəriciyə görə ötüb.

Qeyd edək ki, reytinqlər BTİ  ilə UNESCO-nun rəqəmli inkişafın təşviqi məqsədi ilə yaratdıqları  “Genişzolaqlı Rabitə Komissiyası” tərəfindən keçirilmiş araşdırmalar əsasında hazırlanıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024