12px13px15px17px
Tarix:30/10/14

Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lə bağlı “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlanıb

Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla, Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı RYTN tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDM) ilə birgə araşdırmalar aparılıb.

Bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov məlumat verib.

Araşdırma nəticəsində məlumat və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü müəyyənləşdirilib:
 
 - Yeni tarif və ya məhsullar (xidmətlər) barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli SMS-lər.
- Məzmun və xidmət təchizatçıları tərəfindən təqdim edilən xidmətlər barədə məlumat xarakterli SMS-lər;
- Digər şirkət, bank, mağazalar tərəfindən göndərilən  reklam xarakterli SMS-lər.
       
M.Əmirov bildirib ki, mobil operatorlar tərəfindən RYTN-ə verilən məlumatlara əsasən bir çox hallarda istehlakçıların özləri tərəfindən şirkət, bank, mağazalara nömrələrinin təqdim edilməsi həmin abunəçilərə davamlı olaraq SMS-lərin daxil olmasına şərait yaradır. Daxil olan SMS-ə görə abunəçinin balansından pul tutulması isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin aktivləşdirilməsi nəticəsində mümkün olur.   
        
“Mobil operatorlar, istehlakçı hüquqlarının ifrat müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini, reklamların digər yayım vasitələrində (məsələn, televiziyada, radioda və digər KİV-də) olduğu kimi, istehlakçıların iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik olduqlarını qeyd edirlər.  Məsələn, reklam daxil olan nömrəyə STOP yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən  reklam xarakterli SMS-ləri dayandıra bilər”- deyə nazir müşaviri qeyd edib.                            
        
        M.Əmirov həmçinin vurğulayıb ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb.
 
      “Belə ki, mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik  olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunub. Hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib”. 
 
 



Baxış sayı: 1223

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024