Tarix:30/10/14
Gələn ayın 18-20-si tarixlərində düzənlənəcək iclasda bir sıra beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
O bildirib ki, RRB-nin aktiv üzvlərindən olan Azərbaycanın da iştirak edəcəyi tədbirdə poçtun yeni fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq. Onun sözlərinə görə, iclasda poçtun maliyyə xidmətləri, elektron xidmətlərin təşkili, Böyük Vətən müharibəsinin 70 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlər, yubileyə hazırlıq prosesi və digər məsələlər əsas müzakirə edilən mövzulardan olacaq:
“Onu da bildirim ki, bu iclasdan əvvəl RRB-nin “elektron ticarət” mövzusunda seminarı təşkil olunacaq. Seminarda RRB ölkələri ilə yanaşı, Avropanın bu sahədə tanınmış mütəxəssisləri iştirak edəcək və mühazirələrini oxuyacaq”.
Qeyd edək ki, sözügedən tədbirlərdə Azərbaycanı N.Məmmədov özü təmsil edəcək.
SEYMUR
Moskvada RRB-nin növbəti iclası keçiriləcək
Rusiyanın paytaxtı Moskva şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt rabitəsi üzrə komissiyasının və Poçt rabitəsi operatorlar şurasının birgə iclası keçiriləcək.Gələn ayın 18-20-si tarixlərində düzənlənəcək iclasda bir sıra beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
O bildirib ki, RRB-nin aktiv üzvlərindən olan Azərbaycanın da iştirak edəcəyi tədbirdə poçtun yeni fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq. Onun sözlərinə görə, iclasda poçtun maliyyə xidmətləri, elektron xidmətlərin təşkili, Böyük Vətən müharibəsinin 70 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlər, yubileyə hazırlıq prosesi və digər məsələlər əsas müzakirə edilən mövzulardan olacaq:
“Onu da bildirim ki, bu iclasdan əvvəl RRB-nin “elektron ticarət” mövzusunda seminarı təşkil olunacaq. Seminarda RRB ölkələri ilə yanaşı, Avropanın bu sahədə tanınmış mütəxəssisləri iştirak edəcək və mühazirələrini oxuyacaq”.
Qeyd edək ki, sözügedən tədbirlərdə Azərbaycanı N.Məmmədov özü təmsil edəcək.
SEYMUR
Baxış sayı: 722
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır