Tarix:30/10/14
Buna səbəb şirkətin bu texnologiyanı artıq çoxdandır maye-kristal (LCD) displeylərlə rəqabət apara bilməsini və buna görə onun gələcək istehsalının mənasının olmamasını hesab etməsindədir. Bununla “LG” bu növ panellərin istehsalının dayandırılmasına qərar verən “Samsung” və “Panasonic” kimi şirkətlərə qoşulub.
Şirkət nümayəndələri bildiriblər ki, çərşənbə axşamı qəbul edilən qərar plazma televizorlara tələbatın kəskin azalması ilə əlaqədardır. Analitik bölmənin hesablamasına görə, bu seqmentin bazarda faiz nisbəti 2013-cü ildə şirkətin ümumi gəlirinin 2,4 faizinədək azalıb. Plazma panellərin istehsalının dayandırılması ilə bağlı qərar hazırda “LCD” televizorların dünya bazarında lider mövqe tutması barədə düzgün qərara gələn şirkət rəhbərliyi tərəfindən yekdilliklə qəbul edilib.
“Biz plazma panellərin bazarda iştirakını maksimum uzatmağa çalışmışıq”, - “LG” nümayəndəsi Ken Hon deyib.
Analitiklər qeyd edirlər ki, bir zamanlar plazma displeylər texnoloji baxımdan daha yüksək təsvirdən istifadəyə imkan verməyib, həmçinin enerji sərfiyyatı çox olub.
“Bütün bu amillər birlikdə sənaye oyunçularını diqqəti “LCD” texnologiyalarına yönəltməyə məcbur edib”, - "IBK Securities” şirkətinin analitiki Eo Kyu Cin bildirib.
Digər analitik şirkətlər koreyalı həmkarlarının fikirlərini bölüşür. “NPD DisplaySearch” marketinq tədqiqat şirkəti iyulda 2015-ci ilədək dünyada plazma televizorların tədarük həcminin 2014-cü ildəki 5,2 milyondan 500 minədək azalması və son nəticədə satışdan tam çıxarılması ilə bağlı proqnoz verib, - "Hi-Tech News” yazır.
Cənubi Koreya şirkəti plazma televizorların istehsalını dayandırır
Cənubi Koreyanın “LG Electronics” şirkəti cari ilin noyabr ayının sonunadək plazma televizorların istehsalını tam dayandıracağını bəyan edib.Buna səbəb şirkətin bu texnologiyanı artıq çoxdandır maye-kristal (LCD) displeylərlə rəqabət apara bilməsini və buna görə onun gələcək istehsalının mənasının olmamasını hesab etməsindədir. Bununla “LG” bu növ panellərin istehsalının dayandırılmasına qərar verən “Samsung” və “Panasonic” kimi şirkətlərə qoşulub.
Şirkət nümayəndələri bildiriblər ki, çərşənbə axşamı qəbul edilən qərar plazma televizorlara tələbatın kəskin azalması ilə əlaqədardır. Analitik bölmənin hesablamasına görə, bu seqmentin bazarda faiz nisbəti 2013-cü ildə şirkətin ümumi gəlirinin 2,4 faizinədək azalıb. Plazma panellərin istehsalının dayandırılması ilə bağlı qərar hazırda “LCD” televizorların dünya bazarında lider mövqe tutması barədə düzgün qərara gələn şirkət rəhbərliyi tərəfindən yekdilliklə qəbul edilib.
“Biz plazma panellərin bazarda iştirakını maksimum uzatmağa çalışmışıq”, - “LG” nümayəndəsi Ken Hon deyib.
Analitiklər qeyd edirlər ki, bir zamanlar plazma displeylər texnoloji baxımdan daha yüksək təsvirdən istifadəyə imkan verməyib, həmçinin enerji sərfiyyatı çox olub.
“Bütün bu amillər birlikdə sənaye oyunçularını diqqəti “LCD” texnologiyalarına yönəltməyə məcbur edib”, - "IBK Securities” şirkətinin analitiki Eo Kyu Cin bildirib.
Digər analitik şirkətlər koreyalı həmkarlarının fikirlərini bölüşür. “NPD DisplaySearch” marketinq tədqiqat şirkəti iyulda 2015-ci ilədək dünyada plazma televizorların tədarük həcminin 2014-cü ildəki 5,2 milyondan 500 minədək azalması və son nəticədə satışdan tam çıxarılması ilə bağlı proqnoz verib, - "Hi-Tech News” yazır.
Baxış sayı: 919
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır