12px13px15px17px
Tarix:31/10/14

Londonda “ICANN”-ın 50-ci konfransı keçirilir

Londonda “ICANN”-ın (İnternetdə domen adların və ünvanlarının qeydiyyatçısı) 50-ci konfransı öz işinə başlayıb. Tədbirə 3 300 insanın qatılması konfransı təşkilatın tarixində ən irimiqyaslı tədbirə çevirib.
 
“ICTnews” xəbər xidmətinin “ICANN”–ın rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən, tədbirdə “ICANN”-ın prezidenti və baş direktoru Fadi Şehadi  konfransın internetin idarəetməsində vacib bir hadisə olduğunu qeyd edib.
 
O, Çin hakimiyyətinin DNSSEC-in və “IPv6” protokolunun geniş tətbiqi ilə bağlı qərarlarını alqışlayıb və bunun internetin qlobal artımının genişlənməsinə kömək edəcəyini bildirib. Çinin kiberməkan üzrə naziri Lu Uey öz növbəsində bildirib ki,  bütün ölkələrin vahid məqsədi internetin idarəetməsinin yaxşılaşdırılmasıdır. Onun sözlərinə görə, bu da   “Bir dünya bir internet” konsepsiyasına uyğun gəlir.
 
Tədbirdə çıxış edənlər internetin idarəetməsində inklüziv modelə sadiq olduqlarını bildirərək internetin əhəmiyyətli iqtisadi artım və intellektual azadlıq  üçün şərait yaratdığını, eləcə də, gələcəkdə bu uğurlu prinsiplərin qorunub saxlanılmasının vacibliyini qeyd ediblər.
 
Qeyd edək ki, “ICANN”-ın 50-ci konfransı bir həftə davam edəcək. Tədbir çərçivəsində “ICANN”-ın qlobal hesabatlılığı ilə bağlı görüşlər keçiriləcək və ABŞ hökumətinin maraqlı tərəflərin  iştirakı ilə internet modelinin texniki funksiyalarının yerinə yetirilməsində əlaqələndirmə rolunun ötürülməsi ilə bağlı təkliflərə baxılacaq.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 715

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024