12px13px15px17px
Tarix:31/10/14

“Office 365” istifadəçiləri “OneDrive” xidmətində məhdudiyyətsiz yer əldə edəcəklər

 “Microsoft” Korporasiyasının “Office 365” proqram paketinin bütün istifadəçiləri “OneDrive” onlayn  xidmətində fayl və sənədlərin saxlanılması üçün məhdudiyyətsiz həcmli yer əldə edəcəklər. Bu təklifdən həm korporativ, həm də “Home”, “Personal” və “University” tarif paketlərinin fərdi istifadəçiləri yararlana biləcəklər.
 
“Office 365”-in biznes istifadəçiləri məhdudiyyətsiz "OneDrive” xidmətindən artıq yaxın günlərdə, fərdi istifadəçilər isə 2015-ci ilin əvvəlindən yararlanacaq. Lazımi məlumatla “OneDrive” və “Office” bloqlarında tanış olmaq mümkündür.
 
Məhdudiyyətsiz “OneDrive” saxlama yeri sayəsində məhdud xidmət müddətli və tutumlu fiziki informasiya daşıyıcılarından imtina imkanı yaranır. İstifadəçilər istənilən vaxt və istənilən yerdən öz sənədlərini, audio, video və digər fayllarını "Microsoft OneDrive"a yükləyə bilər, həmçinin, onları geriyə lokal qovluğa yükləyə bilərlər.
 
Məlumatları məhdudiyyətsiz saxlama imkanından istifadə etmək istəyənlər “OneDrivePreview” veb-səhifədən yararlana bilərlər.



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024