12px13px15px17px
Tarix:31/10/14

Metroda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün ən son texnologiyalardan istifadə edilir

Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə ən müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilir. “ICTnews” xəbər xidmətinin məlumatına görə, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib.

O, Yeni Azərbaycan Partiyasının mətbu orqanına verdiyi müsahibəsində deyib ki, Bakı Metropoliteninin istismar sektorunda hər bir əməkdaşın başlıca vəzifəsi qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasından ibarətdir:
 
 “Demək olar ki, görülən bütün tədbirlərin əsas məqsədi də məhz budur. Son illərdə tətbiq olunan innovasiyalar da qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Qatarların hərəkətinin idarə olunması, sərnişin avtomatikası, eləcə də sərnişin-məlumat və mühafizə sistemləri hazırda yenilənməkdədir. Ən müasir mütərəqqi texnologiyaların tətbiq olunmasında məqsədimiz bu sahədə insan faktorunu minimuma endirməkdən, daşımaların təhlükəsizliyinin etibarlılığını daha da gücləndirməkdən ibarətdir”.
 
 
Z.Hüseynov qeyd edib ki, Bakı Metropoliteninin Konseptual İnkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edilən yeni metro xətlərində tətbiq olunan “Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)” mövcud rele-rels dövrəsi sistemindən tamamilə  fərqli olan mikroprosessor (MPS), CBTS və  SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur. Onun sözlərinə görə, bu  sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitorinq fəaliyyətini təmin edir: “Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqların təchizatı, quraşdırılması və işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın “Thales Communications & Security S.A.S ” şirkəti  tərəfindən həyata keçiriləcəkdir”.
 
 
 
SEYMUR
 
 
 
 



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024