Tarix:31/10/14
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasında baş tutmuş tədbiri festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, əvvəlcə festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Qeyd edib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şoular və muzeylərə ekskursiyalar nəzərdə tutulur. Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək.
Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq.
Sonra Bakı Elm Festivalının təşkilində köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin layihənin sponsorları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in nümayəndələri çıxış edib. Festivalın əhəmiyyəti və hazırlıq işləri müsbət qiymətləndirilib.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Həqiqət İSABALAYEVA
10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri müzakirə olunub
Bu il 10-11 noyabr tarixlərində keçiriləcək Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub.Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasında baş tutmuş tədbiri festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açıb. O, əvvəlcə festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Qeyd edib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şoular və muzeylərə ekskursiyalar nəzərdə tutulur. Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək.
Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq.
Sonra Bakı Elm Festivalının təşkilində köməklik göstərən Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin layihənin sponsorları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in nümayəndələri çıxış edib. Festivalın əhəmiyyəti və hazırlıq işləri müsbət qiymətləndirilib.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 856
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır