12px13px15px17px
Tarix:01/11/14

Azərbaycan “Mobile World Congress-2015”-də təmsil olunacaq

Azərbaycan 2015-ci il martın 2-5-də Barselonada keçiriləcək “Mobile World Congress-2015”  konfransında ənyaxşı mobil ID kimi “Asan İmza”nı təqdim edəcək.
 
“ICTnews” xəbər xidmətinin konqresin rəsmi internet səhifəsinə istinadən  verdiyi məlumata əsasən, “BEST Solutions” şirkəti “ASAN Xidmət” üçün tətbiq etdiyi “ASANİmza”nı beynəlxalq səviyyədə tanıtması istiqamətində işləri davam etdirir.
 
Konqresdə mobil rabitə sahəsində ən son nailiyyətlər və uğurlu tətbiqlərin təqdimatları və ictimai müzakirələri keçiriləcək.
 
Tədbir çərçivəsində gələn il ultra müasir məhsullardan və texnoloji həllərdən ibarət olan 1900-dən çox eksponent təqdim ediləcək.
Konqres, həmçinin bu sahədə çalışan şirkətlər üçün yeni sənaye imkanları axtarışı və birgə biznes imkanları təklif edən bir tədbirdir. Bu günlər ərzində Barselona Mobil Əlavələrin toplandığı Dünya Mərkəzinə çevriləcək və mobil birliklər novatorlarla görüşmək, yeni fəaliyyət istiqamətlərini və texnologiyaları müzakirə etmək imkanı əldə edəcəklər.
 
Sonda isə “Qlobal Mobil Proqramlar Premiyası” keçiriləcək və bu sahənin ən uğurlu innovasiyaları elan ediləcək və mükafatlandırılacaq. Bu innovativ həllər arasında Azərbaycanın “Mobil Asan İmza”sıda olacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024