12px13px15px17px
Tarix:03/11/14

Yeni layihə proqram təminatı haqqında məxfiliyi pozmadan statistik məlumatlar toplamağa imkan verəcək

“Google” internet şirkəti istifadəçi kompüterləri haqqında məxfilik hüququnu pozmadan məlumatlar toplamağa imkan verən layihə üzərində işləyir.

“RAPPOR” (Randomized Aggregatable Privacy-Preserving Ordinal Response) adlandırılan layihə barədə ətraflı məlumat gələn həftə ABŞ-ın Arizona ştatında keçiriləcək “ACM Conference on Computer and Communications Security” (CCS) konfransında veriləcək.
 
“RAPPOR”-un 1960-cı illərdə tətbiq olunan informasiya toplama texnikası bazasına əsaslanması maraq doğurur. Layihənin məqsədi istifadəçi informasiyasını risk qarşısında qoymadan proqram təminatı haqqında toplanmış statistik məlumatlar əsasında təhlükəsizlik boşluqlarının axtarışıdır. Bunu tədqiqatçılar tərəfindən həssas mövzulara aid suallara cavab almaq üçün təsadüfilik elementi daxil edilmiş cavab almaq texnikası ilə etmək mümkündür.
 
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, tədqiqatda iştirak edən insanlar göyə dəmir pul atmaqla verilən sualı (məsələn, siz narkotikdən istifadə edirsiniz?) cavablandırırlar. Dəmir pul “qartal” üzərinə düşsə, sınaqda iştirak edən mütləq həqiqəti deyir, pulun arxa tərəfi düşsə, “hə” cavabı verir, lakin bu halda pulun düşən tərəfini yalnız özü görür. Toplanan məlumatlara əsaslanan tədqiqatçılar düzgün cavabların sayını hesablayaraq statistik məlumatlar əldə edirlər.
 
“Google” şirkətinin təhlükəsizlik tədqiqatları üzrə aparıcı meneceri Ulfar Erlinqssonun sözlərinə görə, “RAPPOR” yuxarıda qeyd olunan konsepsiyaya əsaslanır və proqram təminatına təsadüfi nəticələrə əsaslanan və unikal identifikatoru olmayan hesabatlar göndərməyə imkan verir. “Bununla belə, hesabatları əlavə etməklə biz əksər istifadəçilər üçün eyni olan ümumi statistik məlumatları öyrənə bilərik”, - U.Erlinqsson qeyd edib, - "Internetua” yazır.



Baxış sayı: 1058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024