Tarix:04/11/14
Komitədən verilən məlumata görə, görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi xanım Yeganə Bağırova iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycanda informasiya texnologiyalar (İT) və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olub.
Görüşdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov komitə ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirib.
Sandra Sargentin deyib ki, qısa qiymətləndirmə Dünya Bankının “McKinsey” şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslanacaq. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcək.
Daha sonra Yeganə Bağırova qeyd edib ki, bu fəaliyyətin əsas nəticəsi hal-hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaq.
CAHANGİR
Dünya Bankı Azərbaycanın İT ilə işləyən sənaye mühitini qiymətləndirəcək
Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.Komitədən verilən məlumata görə, görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi xanım Yeganə Bağırova iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycanda informasiya texnologiyalar (İT) və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olub.
Görüşdə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov komitə ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirib.
Sandra Sargentin deyib ki, qısa qiymətləndirmə Dünya Bankının “McKinsey” şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslanacaq. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcək.
Daha sonra Yeganə Bağırova qeyd edib ki, bu fəaliyyətin əsas nəticəsi hal-hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaq.
CAHANGİR
Baxış sayı: 727
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır