Tarix:05/11/14
Qərar rəsmən cari ilin sonunadək təsdiq ediləcək. Bunun baş verəcəyi təqdirdə onun 2016-cı ildən vəzifə səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.
F.Cianottinin qiymətləndirməsinə görə, “CERN” dünya alimləri üçün elmi təkmilləşdirmə mərkəzi, fəxr və ilham mənbəyidir.
Tərkibinə Böyük Adron Kollayderinin (BAK) daxil olduğu nəhəng fiziki laboratoriyanın rəhbəri vəzifəsini ilk dəfə qadın tutacaq. Vəzifədə “CERN”-ə 2009-cu ildən rəhbərlik edən Rolf Hoyeri əvəz edəcək italiyalı alim elmlər doktoru və məşhur pianoçudur.
2009-cu ildə F.Cianotti BAK-da aparılan dörd əsas sınaqlardan biri “ATLAS”-a başçılıq etməyə başlayıb. Tədqiqatda dünyanın 35 ölkəsinin 165 laboratoriyasının iki mindən çox alim və mühəndisi iştirak edib. Sınağın məqsədi Hiqqs bozonu və Standart Model hissəciklərinin supersimmetrik tərəfdaşları kimi çox ağır elementar hissəciklərin axtarışı olub.
1987-ci ildən “CERN”-də çalışan F.Cianotti BMT baş katibi yanında bu yaxınlarda yaradılan elmi məsələlər üzrə Məşvərətçi Şuranın üzvüdür. O, 2012-ci ildə “Time” jurnalının “İlin adamı” reytinqində birinci yeri tutub və 2013-cü ildə “Forbes” jurnalının versiyasına görə, dünyanın yüz ən nüfuzlu qadını siyahısına daxil olub.
Qeyd edək ki, elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda “CERN”-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.
Cenevrə yaxınlığında – İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.
Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir.
Belə ki, 2012-ci ildə Böyük Adron Kollayderində (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisində Hiqqs bozonunun mövcudluğu təsdiq olunub, 1970-ci ildə “CERN” elektron pozitron sürətləndiricisində zəif aralıq vektor bozonlar kəşf edilib.
Avropa laboratoriyası internetin yaradıcısı da hesab edilir: 1980-ci illərin sonunda “CERN”-də sınaq məlumatlarının emalı üçün britaniyalı alim Tim Berners-Li və niderlandlı Robert Kayo “World Wide Web” (WWW) internet texnologiyasını kəşf edib. Texnologiyaya hiperlinklər, məlumat bazası və sənədlərin redaktə edilməsi texnologiyası daxil olub, - "Lenta” yazır.
“CERN” Mərkəzinə ilk dəfə qadın rəhbərlik edəcək
İtaliyalı Fabiola Cianotti Avropa Nüvə Tədqiqatları Mərkəzinə (fransızca Conseil Européen pour la Recherche Nucléaire - CERN) yeni rəhbər seçilib. Onun bu vəzifəyə təyinatı ilə bağlı qərar noyabrın 4-də mərkəzin İdarəetmə Şurası tərəfindən qəbul edilib.Qərar rəsmən cari ilin sonunadək təsdiq ediləcək. Bunun baş verəcəyi təqdirdə onun 2016-cı ildən vəzifə səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.
F.Cianottinin qiymətləndirməsinə görə, “CERN” dünya alimləri üçün elmi təkmilləşdirmə mərkəzi, fəxr və ilham mənbəyidir.
Tərkibinə Böyük Adron Kollayderinin (BAK) daxil olduğu nəhəng fiziki laboratoriyanın rəhbəri vəzifəsini ilk dəfə qadın tutacaq. Vəzifədə “CERN”-ə 2009-cu ildən rəhbərlik edən Rolf Hoyeri əvəz edəcək italiyalı alim elmlər doktoru və məşhur pianoçudur.
2009-cu ildə F.Cianotti BAK-da aparılan dörd əsas sınaqlardan biri “ATLAS”-a başçılıq etməyə başlayıb. Tədqiqatda dünyanın 35 ölkəsinin 165 laboratoriyasının iki mindən çox alim və mühəndisi iştirak edib. Sınağın məqsədi Hiqqs bozonu və Standart Model hissəciklərinin supersimmetrik tərəfdaşları kimi çox ağır elementar hissəciklərin axtarışı olub.
1987-ci ildən “CERN”-də çalışan F.Cianotti BMT baş katibi yanında bu yaxınlarda yaradılan elmi məsələlər üzrə Məşvərətçi Şuranın üzvüdür. O, 2012-ci ildə “Time” jurnalının “İlin adamı” reytinqində birinci yeri tutub və 2013-cü ildə “Forbes” jurnalının versiyasına görə, dünyanın yüz ən nüfuzlu qadını siyahısına daxil olub.
Qeyd edək ki, elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda “CERN”-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.
Cenevrə yaxınlığında – İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.
Avropa təşkilatının başlıca uğuru eksperimental hissəciklər fizikasının standart modelinin təsdiq olunması hesab edilir.
Belə ki, 2012-ci ildə Böyük Adron Kollayderində (BAK) - dünyanın nəhəng doldurulmuş hissəciklər sürətləndiricisində Hiqqs bozonunun mövcudluğu təsdiq olunub, 1970-ci ildə “CERN” elektron pozitron sürətləndiricisində zəif aralıq vektor bozonlar kəşf edilib.
Avropa laboratoriyası internetin yaradıcısı da hesab edilir: 1980-ci illərin sonunda “CERN”-də sınaq məlumatlarının emalı üçün britaniyalı alim Tim Berners-Li və niderlandlı Robert Kayo “World Wide Web” (WWW) internet texnologiyasını kəşf edib. Texnologiyaya hiperlinklər, məlumat bazası və sənədlərin redaktə edilməsi texnologiyası daxil olub, - "Lenta” yazır.
Baxış sayı: 770
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib