12px13px15px17px
Tarix:05/11/14

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ikinci qrant müsabiqəsinə həsr olunmuş ilk infosessiya keçirib

Bu gün Bakıda Yüksək Texnologiyalar Parkında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi ikinci qrant müsabiqəsinə həsr olunmuş infosessiya keçirilib.

Tədbirdə çıxış edən fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, fond tərəfindən elan olunan 1-ci qrant müsabiqəsi başa çatıb və qalib layihələr icra edilir.

O deyib ki, 1-ci müsabiqə çərçivəsində fonda 194 layihə daxil olub. Layihələrdən 95-i fiziki şəxs, 99-u isə hüquqi şəxslər tərəfindən təqdim olunub. Fondun Müşahidə Şurası təqdim olunan layihələrdən 31-nin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. Müsabiqəyə təqdim olunan layihələrin rəhbərlərinin 173-ü kişi, 21-i isə qadındır. Ən gənc layihə rəhbərinin yaşı 18, ən yaşlı layihə rəhbərinin yaşı isə 67-dir.
 
 
 
E. Zeynalov həmçinin qeyd edib ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması mövzusu üzrə 2-ci qrant müsabiqəsi elan edib. Həmçinin layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərar da qəbul edilib. Qrant müsabiqəsində layihələr yalnız fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu noyabrın 15-dək davam edəcək.



Tədbir çərçivəsində "Buta CMS", "Hipassenger", "Socset" layihələrinin təqdimatları keçirilib.

Sonda fond rəhbərliyi layihə müəlliflərinin, jurnalistlərin suallarını cavablandırıb.

Aynur Vəliyeva



Baxış sayı: 1290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024