Tarix:05/11/14
Portalın populyarlığının və istifadəçi sayının kəskin artması ilə eyni zamanda vətəndaşlardan daxil olan müraciətlərin, irad, şikayət və təkliflərin sayı da artmaqdadır.
Bunları nəzərə alaraq, e-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün “Əks əlaqə” adlı xüsusi bölmə hazırlanıb.
Dövlət qurumları vətəndaşlar tərəfindən e-xidmətlərlə bağlı göndərilən müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandıra və xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta biləcəklər. Vətəndaşlar isə istənilən elektron xidmət ilə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya, verilən cavabları izləyə və qiymətləndirə biləcəklər. 5 noyabr 2014-cü il tarixində “Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində dövlət qurumlarının “Əks əlaqə” xidməti üzrə təyin etdiyi məsul əməkdaşlar üçün treninq keçirilib.
Treninqdə “Elektron hökumət” portalında yaradılmış yeni funksiyalar, e-xidmətlər və yaxın zamanda planlaşdırılan yeni elektron xidmətlər, portalın funksionallığının inkişafi və s. yeniliklər barədə iştirakçılara geniş məlumat verildi. Daha sonra “Əks əlaqə” bölməsindən istifadə üçün hazırlanmış videotəlimat iştirakçılara təqdim edilib. Məsul şəxslərin e-poçt ünvanları və FİN barədə məlumatlar götürüldü və xidmətdən istifadə üçün 1 gün ərzində onlar portalda tanıtdırılacaqlar.
Qeyd olunub ki, məsul şəxslər sözügedən bölmənin idarəedici panelinə elektron imza kartı, “ASAN imza” və portalın təqdim etdiyi kod-parol vasitəsilə daxil ola biləcəklər. Yeni yaradılan bu xidmət vasitəsilə qurumlar üçün istədikləri dövr (gün, həftə, ay və s.) üzrə özlərinə aid e-xidmətlərdən istifadə və istifadəçi sayı barədə statistik məlumatları da əldə etmək mümkün olacaq.
Qeyd edək ki, noyabr ayının 1-dən başlayaraq “Əks əlaqə” xidməti vətəndaşların istifadəsinə verilmişdir və həmin tarixdən sonra vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə müvafiq statistik məlumatlar onlayn rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq “Elektron hökumət” bülletenlərində dərc ediləcək. Buraya dövr (ay, rüb, il və s.) ərzində daxil olan müraciətlərin sayı; həmin müraciətlərdən cavablandırılanların sayı; təkrar daxil olan müraciətlərin sayı; cavablandırılmayan müraciətlərin sayı; verilən cavablardan vətəndaşları qane edən cavabların sayı (bu vətəndaşların aldıqları cavablara portalda etdikləri qeydlə müəyyən ediləcək) daxildir.
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” portalında yaradılmış “Əks əlaqə” bölməsi üzrə dövlət qurumlarının nümayəndələri ilə treninq keçirilib
“Elektron hökumət” portalının funksionallığı, e-xidmətlərin çeşidi və keyfiyyətinin artması ilə yanaşı, elektron xidmətlərdən istifadə sayı da sürətlə yüksəlir. Belə ki, bu günə qədər 5,5 milyon dəfədən çox elektron xidmətlərə müraciətlər edilib.Portalın populyarlığının və istifadəçi sayının kəskin artması ilə eyni zamanda vətəndaşlardan daxil olan müraciətlərin, irad, şikayət və təkliflərin sayı da artmaqdadır.
Bunları nəzərə alaraq, e-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün “Əks əlaqə” adlı xüsusi bölmə hazırlanıb.
Dövlət qurumları vətəndaşlar tərəfindən e-xidmətlərlə bağlı göndərilən müraciətləri bu bölmə vasitəsilə operativ şəkildə cavablandıra və xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tuta biləcəklər. Vətəndaşlar isə istənilən elektron xidmət ilə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya, verilən cavabları izləyə və qiymətləndirə biləcəklər. 5 noyabr 2014-cü il tarixində “Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində dövlət qurumlarının “Əks əlaqə” xidməti üzrə təyin etdiyi məsul əməkdaşlar üçün treninq keçirilib.
Treninqdə “Elektron hökumət” portalında yaradılmış yeni funksiyalar, e-xidmətlər və yaxın zamanda planlaşdırılan yeni elektron xidmətlər, portalın funksionallığının inkişafi və s. yeniliklər barədə iştirakçılara geniş məlumat verildi. Daha sonra “Əks əlaqə” bölməsindən istifadə üçün hazırlanmış videotəlimat iştirakçılara təqdim edilib. Məsul şəxslərin e-poçt ünvanları və FİN barədə məlumatlar götürüldü və xidmətdən istifadə üçün 1 gün ərzində onlar portalda tanıtdırılacaqlar.
Qeyd olunub ki, məsul şəxslər sözügedən bölmənin idarəedici panelinə elektron imza kartı, “ASAN imza” və portalın təqdim etdiyi kod-parol vasitəsilə daxil ola biləcəklər. Yeni yaradılan bu xidmət vasitəsilə qurumlar üçün istədikləri dövr (gün, həftə, ay və s.) üzrə özlərinə aid e-xidmətlərdən istifadə və istifadəçi sayı barədə statistik məlumatları da əldə etmək mümkün olacaq.
Qeyd edək ki, noyabr ayının 1-dən başlayaraq “Əks əlaqə” xidməti vətəndaşların istifadəsinə verilmişdir və həmin tarixdən sonra vətəndaşlardan daxil olan müraciətlər, onların cavablandırılması barədə müvafiq statistik məlumatlar onlayn rejimdə portalda qurumlar üzrə yerləşdiriləcək və aylıq “Elektron hökumət” bülletenlərində dərc ediləcək. Buraya dövr (ay, rüb, il və s.) ərzində daxil olan müraciətlərin sayı; həmin müraciətlərdən cavablandırılanların sayı; təkrar daxil olan müraciətlərin sayı; cavablandırılmayan müraciətlərin sayı; verilən cavablardan vətəndaşları qane edən cavabların sayı (bu vətəndaşların aldıqları cavablara portalda etdikləri qeydlə müəyyən ediləcək) daxildir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 765
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır