Tarix:06/11/14
Bu yenilik “Smart Menyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi “fins.az”-a bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.
Hazırda “SmartMenyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.
Müştəriləri aldatmaq mümkün olmayacaq
Layihə müəllifi bildirir ki, restorana daxil olan müştəri masanın üzərində olan planşet vasitəsilə sifariş verərkən, təklif olunan yeməklərin və içkilərin hazırlanması, miqdarı, qiyməti kimi məlumatları alacaq, istəsə, onların foto və videotəsvirlərinə baxa biləcək. Bununla da, müştərinin aldadılması və ya xoşagəlməz sürprizlə qarşılaşması ehtimalı aradan qalxacaq. Yeri gəlmişkən, bu imkan xüsusilə xarici turistlər üçün faydalı olacaq.
Restoranların işini asanlaşdıracaq
Layihə rəhbəri deyir ki, bu sistem restoran resurslarının daha effektiv idarə edilməsinə yardım edəcək. Əvvəla, restoran işçilərinin əsas işi sifarişin alınması yox, sifarişin icra edilməsi olacaq, yəni gözləmə müddəti azalacaq. Restoran bu sistemdən başqa formada da yararlanacaq. Belə ki, sistem restoranda olan müştərilərin sayı və sifarişlərin həcmi barədə dəqiq məlumat verəcək. Eyni zamanda, müştərilərin ən çox sifariş etdiyi qidalar və içkilər dəqiq məlum olacaq, onların verdiyi reytinq isə xidmətin keyfiyyətini öyrənməyə imkan verəcək. Nəticədə restoranlar işlərini daha da təkmilləşdirə biləcəklər.
Hələlik 4 restoranda tətbiq olunacaq
Hazırda 4 restoranda bu sistemin qurulması işləri aparılır. Sistem ilk dəfə dekabrın 18-dən işə düşəcək. Yanvarın 1-dən isə yüksək tələblərə cavab verən 4 restoranda yeni sistem işləyəcək. Tələbatdan asılı olaraq belə restoranların sayı artacaq. “SmartMenyu” sisteminin qurulması restorana təqribən 500 manata başa gələcək. Müqavilə qiymətinin 20%-i həcmində texniki xidmət haqqı ödənilə bilər. Lakin restoran bu xidmət haqqını ödəməyə də bilər, texniki xidməti öz mütəxəssisləri göstərə bilər.
Restoranlarda elektron menyular tətbiq ediləcək
Yaxın vaxtlardan etibarən Azərbaycan restoranlarında elektron menyular tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kağız menyu kitabçaları əvəzinə planşetlərdən istifadə edəcəklər.Bu yenilik “Smart Menyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi “fins.az”-a bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.
Hazırda “SmartMenyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.
Müştəriləri aldatmaq mümkün olmayacaq
Layihə müəllifi bildirir ki, restorana daxil olan müştəri masanın üzərində olan planşet vasitəsilə sifariş verərkən, təklif olunan yeməklərin və içkilərin hazırlanması, miqdarı, qiyməti kimi məlumatları alacaq, istəsə, onların foto və videotəsvirlərinə baxa biləcək. Bununla da, müştərinin aldadılması və ya xoşagəlməz sürprizlə qarşılaşması ehtimalı aradan qalxacaq. Yeri gəlmişkən, bu imkan xüsusilə xarici turistlər üçün faydalı olacaq.
Restoranların işini asanlaşdıracaq
Layihə rəhbəri deyir ki, bu sistem restoran resurslarının daha effektiv idarə edilməsinə yardım edəcək. Əvvəla, restoran işçilərinin əsas işi sifarişin alınması yox, sifarişin icra edilməsi olacaq, yəni gözləmə müddəti azalacaq. Restoran bu sistemdən başqa formada da yararlanacaq. Belə ki, sistem restoranda olan müştərilərin sayı və sifarişlərin həcmi barədə dəqiq məlumat verəcək. Eyni zamanda, müştərilərin ən çox sifariş etdiyi qidalar və içkilər dəqiq məlum olacaq, onların verdiyi reytinq isə xidmətin keyfiyyətini öyrənməyə imkan verəcək. Nəticədə restoranlar işlərini daha da təkmilləşdirə biləcəklər.
Hələlik 4 restoranda tətbiq olunacaq
Hazırda 4 restoranda bu sistemin qurulması işləri aparılır. Sistem ilk dəfə dekabrın 18-dən işə düşəcək. Yanvarın 1-dən isə yüksək tələblərə cavab verən 4 restoranda yeni sistem işləyəcək. Tələbatdan asılı olaraq belə restoranların sayı artacaq. “SmartMenyu” sisteminin qurulması restorana təqribən 500 manata başa gələcək. Müqavilə qiymətinin 20%-i həcmində texniki xidmət haqqı ödənilə bilər. Lakin restoran bu xidmət haqqını ödəməyə də bilər, texniki xidməti öz mütəxəssisləri göstərə bilər.
Baxış sayı: 1536
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır