Tarix:06/11/14
Bundan əvvəl şirkət bir neçə dəfə elektron pul kisəsi servisi vasitəsilə məhsullarında "Bitcoin” valyutasının dəstəkləyə bilməsi ilə bağlı açıqlama versə də, məsələ ilə bağlı rəsmi bəyanatlar səsləndirilməyib. Londonda quraşdırılmış “Bitcoin” bankomat ilə "Google” istifadəçiləri yemək və içki alışlarını kriptovalyutada ödəmək imkanı əldə ediblər.
Lakin bankomatın quraşdırılmasında əsas məqsəd sınaqların keçirilməsi olub. “Google” bankomat vasitəsilə “Bitcoin”-dan istifadəni analiz etmək, eləcə də virtual valyutaya əsaslanan innovativ həllər hazırlamağı planlaşdırır. Yeni bankomatdan ödənişləri həyata keçirmək üçün “Wyre” əlavəsindən istifadə, həmçinin mobil telefonlarda “Bitcoin” pul kisəsinin quraşdırılması tələb olunur.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Internetua” yazır.
İnternet şirkəti Londonda “Bitcoin” bankomat quraşdırıb
İnformasiya texnologiyaları (İT) sənayesi nəhəngi “Google” şirkəti Londonda virtual valyutalardan istifadəni təhlil etmək və bu ödəniş aləti ilə əlaqədar innovasiyalı ideyaları hazırlamaq məqsədilə “Bitcoin” bankomat quraşdırıb.Bundan əvvəl şirkət bir neçə dəfə elektron pul kisəsi servisi vasitəsilə məhsullarında "Bitcoin” valyutasının dəstəkləyə bilməsi ilə bağlı açıqlama versə də, məsələ ilə bağlı rəsmi bəyanatlar səsləndirilməyib. Londonda quraşdırılmış “Bitcoin” bankomat ilə "Google” istifadəçiləri yemək və içki alışlarını kriptovalyutada ödəmək imkanı əldə ediblər.
Lakin bankomatın quraşdırılmasında əsas məqsəd sınaqların keçirilməsi olub. “Google” bankomat vasitəsilə “Bitcoin”-dan istifadəni analiz etmək, eləcə də virtual valyutaya əsaslanan innovativ həllər hazırlamağı planlaşdırır. Yeni bankomatdan ödənişləri həyata keçirmək üçün “Wyre” əlavəsindən istifadə, həmçinin mobil telefonlarda “Bitcoin” pul kisəsinin quraşdırılması tələb olunur.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Internetua” yazır.
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib