Tarix:06/11/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, toplantıda noyabrın 14 -16-da keçirilməsi planlaşdırılan “Startup Günləri”nə hazırlıq məsələləri müzakirə olunacaq.
“Startup Günləri”nin əsas məqsədi yeni ”startup”ların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri aparmaq, yeni formalaşmaqda olan ”startup”çıları, ”Startup” komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, ”startup”çılar arasında əlaqələri gücləndirməkdir.
“Startup Günləri”ndə yeni fəaliyyətə başlayan ”startup”çılar üçün təlimlərin keçirilməsi, onların uğurlu layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında komandalar formalaşdırmaqla yeni “startap” layihələrinin hazırlanması nəzərdə tutulur. Komandalar iştirakçılar və ekspertlər tərəfindən seçilən ideyalar ətrafında formalaşdırılır.
“Startup Günləri”ndə bu ”startup” komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.
“Startup Günləri”ndə seçilmiş ideyalar ətrafında formalaşan ”startup” komandalarının hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
“Startup Günləri”ndə internet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc ”startup”çılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə “www.startupdays.startup.az” saytında qeydiyyatdan keçmək lazımdır.
“Startup Günləri” çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startap rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startap təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan ”startup”çılarla görüşləri də nəzərdə tutulub.
“Startap Günləri”nə RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “İnfipro” və “Xəzər Vençur” şirkətləri dəstək verir.
Aynur Vəliyeva
“Startup Azərbaycan” Təşkilat Komitəsinin toplantısı keçiriləcək
Yüksək Texnologiyalar Parkında noyabrın 7-də “Startup Azərbaycan” Təşkilat Komitəsinin toplantısının keçirilməsi nəzərdə tutulub.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, toplantıda noyabrın 14 -16-da keçirilməsi planlaşdırılan “Startup Günləri”nə hazırlıq məsələləri müzakirə olunacaq.
“Startup Günləri”nin əsas məqsədi yeni ”startup”ların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri aparmaq, yeni formalaşmaqda olan ”startup”çıları, ”Startup” komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, ”startup”çılar arasında əlaqələri gücləndirməkdir.
“Startup Günləri”ndə yeni fəaliyyətə başlayan ”startup”çılar üçün təlimlərin keçirilməsi, onların uğurlu layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında komandalar formalaşdırmaqla yeni “startap” layihələrinin hazırlanması nəzərdə tutulur. Komandalar iştirakçılar və ekspertlər tərəfindən seçilən ideyalar ətrafında formalaşdırılır.
“Startup Günləri”ndə bu ”startup” komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.
“Startup Günləri”ndə seçilmiş ideyalar ətrafında formalaşan ”startup” komandalarının hazırladığı layihələrin yarışması təşkil olunacaq və peşəkar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
“Startup Günləri”ndə internet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc ”startup”çılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə “www.startupdays.startup.az” saytında qeydiyyatdan keçmək lazımdır.
“Startup Günləri” çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startap rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startap təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan ”startup”çılarla görüşləri də nəzərdə tutulub.
“Startap Günləri”nə RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “İnfipro” və “Xəzər Vençur” şirkətləri dəstək verir.
Aynur Vəliyeva
Baxış sayı: 756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır