Tarix:06/11/14
Ədliyyə Nazirliyindən bildirilib ki, ölkəmizdə səfərdə olan DB-nın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Tak layihə çərçivəsində inşa olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
Görüş zamanı L.Tak dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edərək ölkəmizin hərtərəfli tərəqqisini, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki nailiyyətlərini təqdir edib, Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın böyük səmərəsini qeyd edib.
Nazir F.Məmmədov DB-nın ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihələrin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik və institusional tədbirlər görülüb, yeni məhkəmələr təsis edilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.
Görüşdə DB ilə birgə həyata keçirilən yeni layihə çərçivəsində müasir məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-nin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, vətəndaşların geniş hüquqi maarifləndirilməsi və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunub.
Qonaq həmçinin, Yasamal rayon Məhkəməsinin binası ilə tanış olaraq, vətəndaşların müraciət imkanlarını asanlaşdıran müasir İKT-lərin tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən, habelə cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlığını vurğulayaraq, bu cür şəraitin digər dövlətlərə nümunə olduğunu bildirib.
Nazirlikdən o da qeyd edilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində indiyə qədər 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir.
Həqiqət İSABALAYEVA
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Tak ölkəmizin İKT sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirib
Bu yaxınlarda Dünya Bankı (DB) və Azərbaycan Hökuməti arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni daha irihəcmli layihə imzalanaraq onun implementasiyasına başlanılıb.Ədliyyə Nazirliyindən bildirilib ki, ölkəmizdə səfərdə olan DB-nın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Tak layihə çərçivəsində inşa olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binasında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.
Görüş zamanı L.Tak dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edərək ölkəmizin hərtərəfli tərəqqisini, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsindəki nailiyyətlərini təqdir edib, Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın böyük səmərəsini qeyd edib.
Nazir F.Məmmədov DB-nın ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihələrin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik və institusional tədbirlər görülüb, yeni məhkəmələr təsis edilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.
Görüşdə DB ilə birgə həyata keçirilən yeni layihə çərçivəsində müasir məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-nin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, vətəndaşların geniş hüquqi maarifləndirilməsi və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunub.
Qonaq həmçinin, Yasamal rayon Məhkəməsinin binası ilə tanış olaraq, vətəndaşların müraciət imkanlarını asanlaşdıran müasir İKT-lərin tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən, habelə cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlığını vurğulayaraq, bu cür şəraitin digər dövlətlərə nümunə olduğunu bildirib.
Nazirlikdən o da qeyd edilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində indiyə qədər 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır