Tarix:06/11/14
Bu barədə Təhsil Nazirliyində (TN) keçirilən tədbirdə Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev məlumat verib. Sektor müdiri xatırladıb ki, hələlik Azərbaycan bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri portala yerləşdirilib. Yaxın zamanda VII sinif üzrə 10, II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli isə 2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə barədə məlumat verərək, prosesin yekunlaşdığını bildirib: “Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib.
Ümumilikdə, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilib”. Sektor müdiri bildirib ki, gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Həqiqət İSABALAYEVA
Elektron dərslik portalı resurslarından indiyədək 5 mindən çox insan istifadə edib
Elektron dərslik portalı resurslarından indiyədək 5 mindən çox insan istifadə edib ki, onların da yarıdan çoxu Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resursdan yararlanıb.Bu barədə Təhsil Nazirliyində (TN) keçirilən tədbirdə Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev məlumat verib. Sektor müdiri xatırladıb ki, hələlik Azərbaycan bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri portala yerləşdirilib. Yaxın zamanda VII sinif üzrə 10, II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli isə 2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə barədə məlumat verərək, prosesin yekunlaşdığını bildirib: “Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib.
Ümumilikdə, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilib”. Sektor müdiri bildirib ki, gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 826
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib