12px13px15px17px
Tarix:07/11/14

Smartfon istifadəçilərinin yarısı mobil ödənişlərdən imtina edir

Əksər smartfon və planşet sahibləri öz mobil qurğularından ödənişlərin həyata keçirilməsi üçün istifadəyə hazır deyil.

Belə ki, mobil telefondan istifadə edən respondentlərin 48 faizi onlardan mal və xidmətlərin ödənişi üçün bir dəfə olsun belə istifadə etməyib. Bu barədə Niderlandın rəqəmli texnologiyalar provayderi “Avangate” şirkəti tərəfindən aparılan tədqiqatda deyilir.
 
Rəyi soruşulanların 40 faizi bildirib ki, tranzaksiyaların edilməsi zamanı məlumatların qorunmasına narahatlığa görə smartfonun yaddaşında ödəniş kartları barədə informasiyanı saxlamaq istəmədiyindən mobil ödənişlərdən yayınır.
 
Hesabatda qeyd olunur ki, mobil ödənişlərdən yararlanan alıcılar seçimin təhlükəsizliyinə heç də həmişə əmin deyillər. Respondentlərin 22 faizi fırıldaqçılıqla əlaqədar risklərdən ehtiyat edir, lakin buna baxmayaraq yenə də mal və xidmətlərin ödənişləri üçün smartfonlardan istifadə edir.
 
Mobil ödənişlər ilə bağlı narahatlığa baxmayaraq əksər istifadəçilər hələ də nağdsız ödənişlərə üstünlük verir.  
 
Əvvəllər amerikalıların 45 faizinin öz smartfonlarını "Apple Pay” ödəniş sisteminə görə "iPhone” modeli ilə əvəzləməyə hazır olduğu bildirilib.
 
Məlumat üçün qeyd edək ki, “Apple Pay” sistemi istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan verir. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
 
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir.
 
Yaxın vaxtlarda ödəniş sistemindən kənar şirkətlərin proqramlarında istifadəyə imkan verəcək əlavə təqdim olunacaq və onu “Uber”, “Starbucks”,”Target” və digər şirkətlərin əlavələri dəstəkləməyə başlayacaq.
 
Ödəniş funksiyalarını yeni “iPhone” modelləri ilə yanaşı, “iWatch” saatları dəstəkləyəcək. Beləliklə, “Apple”ın yeni qurğularının alıcıları üçün yeni ödəniş sistemindən müstəsna istifadə imkanı yaranacaq, - "Internetua” yazır.



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024