12px13px15px17px
Tarix:07/11/14

Dünya Bankının nümayəndələri Dövlət Statistika Komitəsində İT bacarıqlarının qiymətləndirilməsini müzakirə ediblər

Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
 
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, görüşdə Dünya Bankının Nəqliyyat və İKT üzrə Qlobal Təcrübəsinin Əməliyyatlar üzrə baş mütəxəssisi xanım Sandra Sargentin və Qlobal Təcrübənin məsləhətçisi, xanım Yeganə Bağırova iştirak edib.
 
Görüşün əsas məqsədi Azərbaycanda İT və İT ilə işləyən sənaye mühitinin, eləcə də İT bacarıqlarının qısa zamanda qiymətləndirilməsinin aparılmasının müzakirəsi olub.
 
Xanım Sandra Sargentin bildirib ki, qısa qiymətləndirmə Dünya Bankının “McKinsey” şirkəti ilə birgə hazırladığı Məkan Hazırlığı İndeksi (LRI) meyarına əsaslanacaq. Bu indekslər sorğulara verilən cavablar, müsahibələr nəticəsində əldə olunan informasiya və ictimaiyyətə açıq olan ikinci dərəcəli məlumatlar əsasında müəyyən ediləcək. 

Daha sonra xanım Yeganə Bağırova qeyd edib ki, bu fəaliyyətin əsas nəticəsi hazırda mövcud olan imkanların qısa qiymətləndirilməsindən ibarət olacaq ki, bu da İT/İT ES sənayesində mövcud olan imkan və əngəllərin müəyyənləşdirilməsi üçün əsas rol oynayacaqdır. Bildirilib ki, qiymətləndirmə İT/İTES sənayesinin inkişafı üçün əlverişli mühitin qiymətləndirilməsi və peşə təhsili də daxil olmaqla bacarıqlar üzrə tələbat və təkliflərin nəzərdən keçirilməsini əhatə edəcək. 

Sədrin müavini cənab Yusif Yusifov xanım Sandra Sargentinin missiya zamanı zəruri materiallarla tanış olması üçün heç bir məhdudiyyətin olmayacağını və ölkə qanunvericiliyinə uyğun olaraq, istənilən zaman məlumat mübadiləsi apara biləcəyini qeyd edib. 

Sonda Dünya Bankının nümayəndəsi xanım Sandra Sargentin səmimi qəbula görə minnətdarlığını, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024