12px13px15px17px
Tarix:07/11/14

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti müzakirə olunub

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə enerji, kənd təsərrüfatı, rabitə, bankçılıq, mədəniyyət və s. sahələr üzrə İranın dövlət qurumlarının məsul şəxsləri daxildir.
 
 
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə edilib.
 
Nazirlikdən bildirilib ki, Ş.Mustafayev 2014-cü ildə Azərbaycan və İran dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İranın qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Mahmud Vaezi Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
 
 
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, aparılan işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu vurğulanıb.
 
Müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri barədə hər iki tərəfin əlaqədar qurumlarının mütəmadi müzakirələr aparması məqsədəuyğun hesab edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024