Tarix:07/11/14
Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından məmnun qaldığını ifadə edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələr arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri kimi, əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensial, qarşılıqlı marağın olduğunu nəzərə çatdıraraq, gələcək perspektivlərdən danışıb. İndiyə qədər aparılan müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri məqbul sayan iranlı nazir bütün istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayaraq, xüsusən kibertəhlükəsizlik, informasiya-kommunikasiya texnologiyaları, poçt sektoru, ikinci telekommunikasiya peykinin xidmətlərindən istifadə sahələrində əlaqələrin genişləndirilməsini zəruri hesab edib. “Bakutel”də İran şirkətlərinin Milli Pavilyonla iştirakına yaradılan şərait üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü də ifadə edən Mahmud Vaezi sayca 20-ci telekommunikasiya sərgisində təşkil olunacaq “Nazirlər Toplantısı” çərçivəsində bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün danışıqların davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Nazir Əli Abbasov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Əli Abbasov son zamanlar tərəflər arasında bütün istiqamətlərdə, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən mütəmadi görüşlər, aparılan danışıqların öz məhsuldarlığı ilə münasibətlərin inkişafına yeni təkan verdiyini, əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından məmnun qaldığını ifadə edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələr arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri kimi, əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensial, qarşılıqlı marağın olduğunu nəzərə çatdıraraq, gələcək perspektivlərdən danışıb. İndiyə qədər aparılan müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri məqbul sayan iranlı nazir bütün istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayaraq, xüsusən kibertəhlükəsizlik, informasiya-kommunikasiya texnologiyaları, poçt sektoru, ikinci telekommunikasiya peykinin xidmətlərindən istifadə sahələrində əlaqələrin genişləndirilməsini zəruri hesab edib. “Bakutel”də İran şirkətlərinin Milli Pavilyonla iştirakına yaradılan şərait üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü də ifadə edən Mahmud Vaezi sayca 20-ci telekommunikasiya sərgisində təşkil olunacaq “Nazirlər Toplantısı” çərçivəsində bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün danışıqların davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Baxış sayı: 918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı