12px13px15px17px
Tarix:08/11/14

“IDC”: İT direktorları analitika, kibertəhlükəsizlik və yeni gəlir mənbələrinin yaradılmasına köklənməlidirlər

“IDC” analitikləri “IDC FutureScape: Worldwide CIO Agenda 2015 Predictions” veb konfransında informasiya sahəsinin uzunmüddətli perspektivləri haqda müzakirə ediblər.
 
Analitiklər hesab edir ki, “üçüncü platforma” (“IDC” analitikləri tərəfindən sosial, mobil, “bulud” texnologiyaları və böyük məlumatların məcmusuna əsaslanan kompüter paradiqmasını ifadə etmək üçün təklif edilən termin) xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. 2016-cı ilədək qlobal rəqabət strategiyalarının 65%-i özünə “ITaaS” metodunu daxil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, 2016-cı ilədək dünyanın ən böyük şirkət direktorlarının 70%-i üçün təhlükəsizlik biznesin aparılmasında üç prioritet istiqamətdən biri olacaq.
 
Artıq 2015-ci ilədək İT xidmət direktorlarının 65%-i mobil, “bulud” əlavələri və açıq kodlu əlavələrin sürətli və nəzarətsiz yayılması ilə mübarizədə əsas vasitə kimi “DevOps” metodologiyasını tətbiq edəcək.
 
2016-cı ilədək direktorların 80%-i innovasiyalara imkan yaradan və qərarların qəbulu prosesini yaxşılaşdıran yeni arxitekturalı platforma tətbiq edəcəklər.
 
2020-ci ilədək dünyanın aparıcı şirkətlərində İT xidmət direktorlarının 60%-i “rəqəmli direktor”larla əvəzlənəcək. Sonuncuların vəzifəsi İT-dən istifadə edən xidmət və məhsulların tətbiqi olacaq.
 
2016-cı ilədək İT xidmət direktorlarının 80%-i İT aktivlərin köhnəlməsinin qarşısını almaq üçün “üçüncü platforma”ya keçidi sürətləndirməli olacaqlar.
 
2018-ci ilədək böyük şirkətlərin İT xidmət direktorlarının 30%-i bütün şirkət miqyasında məlumatların təhlili strategiyasını tətbiq edəcəklər.
 
Nəhayət, 2018-ci ilədək İT xidmət direktorlarının 50%-i ənənəvi texnologiya idarəsi metodlarından imtina edərək açıq standartlaşdırılmış platformalardan istifadəyə üstünlük verəcək.
 
Emil Hüseynov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024