12px13px15px17px
Tarix:08/11/14

Azərbaycanın yeni İT şirkəti xarici bazarlara çıxmağa hazırlaşır

Azərbaycanın  Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Neuron Technologies” şirkəti səhiyyə sistemində elektron idarəetmə sisteminin tətbiqi ilə bağlı danışıqlara başlayıb.
 
“Neuron Technologies”in rəhbəri İsmayıl Ələkbərovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistem artıq ölkənin ali təhsil ocaqlarında tətbiq edilir.
 
Şirkət səhiyyə müəssisələrinə “Teletibb” xidmətlərini və  “Spyder” xüsusi dizayn olunmuş və sinəyə yapışdırılan cihazı təqdim edir. “Spyder” cihazı ürəyin elektrokardioqram siqnallarının davamlı ölçülməsini həyata keçirir.
 
Hazırda xarici bazarlara çıxmaq məqsədi ilə şirkət artıq Tacikistanla danışıqlar aparır və yaxın zamanda Macarıstana səfər çərçivəsində bu ölkə ilə də işgüzar əlaqələr qurmağa çalışacaq.
 
Şirkət geniş spektrli proqram təminatlarının işlənib-hazırlanması, sistem inteqrasiyaları, informasiya texnologiyaları üzrə konsaltinq, texniki dəstək və İKT-nin çoxsaylı digər istiqamətləri üzrə ən yeni texnologiyaları və həlləri təqdim edir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024