12px13px15px17px
Tarix:11/11/14

Bakıda 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək

Bakıda gələn il fevralın 12-də 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin məqsədi üçölçülü texnologiyalar və onların unikallığı haqda məlumat verməkdir.
"Smile Expo” şirkəti tərəfindən təşkil olunan “3D PrintConference”da bu texnologiyanın Azərbaycan bazarında hansı imkanlar açdığı haqda bəhs ediləcək.
 
Tədbir çərçivəsində biznesdə 3D-çapın istifadəsinin geniş imkanları, onun iş prinsipləri nümayiş ediləcək.
 
Texnologiya kompüterdə məmulatın 3D-modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verir. 3D-printerlərin üstünlükləri göz önündədir: onlar məhsulun istehsalının maya dəyərini azaldır, onun bazara çıxarma müddətini qısaldır, istənilən formada və mürəkkəblikdə elementləri modelləşdirməyə imkan verir. 3D-çap müxtəlif materiallardan tez və yüksək dəqiqlikdə  istehsalı təmin edir. 
 
Aparıcı dünya istehsalçıları 3D-çapın genişmiqyaslı istifadəsinin mümkünlüyünü dərk edərək ənənəvi istehsalı bu universal texnologiya ilə əvəz ediblər, misal üçün, ABŞ-ı və 3D–printer vasitəsi ilə evin biri cəmi 5 min dollar olmaqla,  24 saat ərzində 10 binanın karkasını yaradan  Çini qeyd etmək olar.
 
Üçölçülü çap bizim həyatımıza artıq daxil olub və maşınqayırmada (avtomodelləşdirmə, aviamodelləşdirmə, tyuning), qida sənayesi, hərbi sahə, robototexnika, dizayn və geyim istehsalı, tibb, stomatologiya (protezlər, diş tacı, inan bədəninin ayrı-ayrı hissələrinin və ya ümumi skeletinin kopyaları), arxitektura, tikinti (binaların, şəhərin ayrı-ayrı rayonlarının, kottec qəsəbələrinin), təhsil (əyani vəsaitlər, maketlər)istifadə olunur.
 
Aynur Vəliyeva



Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024