12px13px15px17px
Tarix:11/11/14

Ədliyyə Nazirliyi struktur qurumlarında “virtual qəbul” təşkil edir

Azərbaycan Ədliyyə Nazirliyinin struktur bölmələri yeni elektron xidmətləri tətbiq edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Ədliyyə Nazirliyi struktur qurumlarında virtual qəbul məntəqələrinin proqram təminatının təkmilləşdirilməsi üzrə işlərə yaxın zamanda başlanılması nəzərdə tutulub. Hazırda bununla bağlı təchizatçı şirkətlərin təkliflərinin dəyərləndirilməsi üzrə işlər aparılır.
 
Dünya Bankının “Məhkəmə sisteminin inkişafı” layihəsi çərçivəsində məhkəmə sisteminin islahatların aparılması, əhaliyə göstərilən   xidmətlərin çeşidinin artırılması, kadr potensialının artırılması, hakimlərin müsabiqə yolu ilə  seçilməsi, məhkəmə qərarlarının reyestrinin yaradılması gələn ilin ortalarından etibarən nəzərdə tutulur.
 
Bu layihənin həyata keçirilməsinə Dünya Bankı 100 milyon dollar vəsait ayırıb. Bu layihə çərçivəsində elektron xidmətlərin çeşidinin genişləndirilməsi nəzərdə tutulub. Bu, məhkəmələrin sahibkarlara göstərəcəkləri elektron xidmətlərdir. Bildiyiniz kimi, məhkəmələr sahibkarlıq obyektlərinin yoxlamalarının nəticələrinin qeydiyyatı ilə məşğul olacaqlar və bu prosesdə şəffaflığın təmin edilməsi məqsədi ilə onu elektronlaşdırmaq nəzərdə tutulur.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1101

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024