Tarix:11/11/14
Şəbəkə neytrallığı provayderlər tərəfindən bu və ya digər servis və saytlara xüsusi şərtlərin verilməsini qeyri-mümkün edən prinsipdir. İlk növbədə bu, informasiyanın yüklənmə sürətinə şamil olunur. Provayderlər saytların böyük-kiçikliyi arasında fərq qoymadan bütün saytlara çıxışı eyni sürətdə təmin etməlidirlər.
Barak Obama çıxışında Federal Rabitə Komissiyasına internetdən istifadəni kommunal təsərrüfat müəssisələrinə (utilities) aid etməyi təklif edib. ABŞ qanunvericiliyi baxımından bu o deməkdir ki, bütün internet provayderləri üçün xidmətlərin göstərilməsində ümumi qaydalar qüvvədə olacaq. Prezident qeyd edib ki, Federal Rabitə Komissiyası müstəqil təsisatdır və qərar onun rəhbərliyi tərəfindən qəbul edilə bilər. Bununla belə, ölkə prezidenti komissiyanı milyonlarla amerikalının fikrini nəzərə almağa səsləyib.
2014-cü ilin əvvəlindən Federal Rabitə Komissiyası şəbəkə neytrallığına dair yeni məcəllə qaydalarının hazırlanması ilə məşğul olur. Məsələn, komissiya provayderlərə “Netflix” və “Google” kimi iri şirkətlər ilə razılığa gələrək ödəniş əsasında trafiki qısa marşrut üzrə ötürməyə icazə verə bilər. Hazırda qaydaların indiki versiyası internetdə müzakirə olunur. Komissiya artıq məcəllədən narazı 670 mindən çox istifadəçidən müraciət alıb, - "LOOK AT ME ” yazır.
ABŞ Prezidenti şəbəkə neytrallığı prinsipini dəstəkləyib
ABŞ Prezidenti Barak Obama şəbəkə neytrallığını dəstəkləyərək Federal Rabitə Komissiyasını prinsipin dəstəklənməsi üçün qaydalar hazırlamağa çağırıb. Prezidentin çıxışı Ağ Evin saytında dərc edilib.Şəbəkə neytrallığı provayderlər tərəfindən bu və ya digər servis və saytlara xüsusi şərtlərin verilməsini qeyri-mümkün edən prinsipdir. İlk növbədə bu, informasiyanın yüklənmə sürətinə şamil olunur. Provayderlər saytların böyük-kiçikliyi arasında fərq qoymadan bütün saytlara çıxışı eyni sürətdə təmin etməlidirlər.
Barak Obama çıxışında Federal Rabitə Komissiyasına internetdən istifadəni kommunal təsərrüfat müəssisələrinə (utilities) aid etməyi təklif edib. ABŞ qanunvericiliyi baxımından bu o deməkdir ki, bütün internet provayderləri üçün xidmətlərin göstərilməsində ümumi qaydalar qüvvədə olacaq. Prezident qeyd edib ki, Federal Rabitə Komissiyası müstəqil təsisatdır və qərar onun rəhbərliyi tərəfindən qəbul edilə bilər. Bununla belə, ölkə prezidenti komissiyanı milyonlarla amerikalının fikrini nəzərə almağa səsləyib.
2014-cü ilin əvvəlindən Federal Rabitə Komissiyası şəbəkə neytrallığına dair yeni məcəllə qaydalarının hazırlanması ilə məşğul olur. Məsələn, komissiya provayderlərə “Netflix” və “Google” kimi iri şirkətlər ilə razılığa gələrək ödəniş əsasında trafiki qısa marşrut üzrə ötürməyə icazə verə bilər. Hazırda qaydaların indiki versiyası internetdə müzakirə olunur. Komissiya artıq məcəllədən narazı 670 mindən çox istifadəçidən müraciət alıb, - "LOOK AT ME ” yazır.
Baxış sayı: 720
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib