Tarix:11/11/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə nazirliyin hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, ölkəmiz Azərbaycan İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın tövsiyələrinə uyğun olaraq BMT-nin "Uşaq hüquqları" Konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş "Hər bir uşağın qayğısına qalaq!" aylığına qoşulub.
Oktyabrın 20-dən noyabrın 20-dək davam edəcək bu aylıq çərçivəsində ölkədə uşaqların hüquqlarının, o cümlədən internetdə, kiberməkanda təhlükəsizliyin qorunması, 15 yaşınadək uşaqların işə cəlb edilməsi ilə bağlı mövzularda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Hazırda bizim cəmiyyətdə internetin inkişafı ilə bərabər, müxtəlif təbəqələrdən olan insanların virtual məkanda aktivliyi də artır. Bu gün virtual aləmin sakinləri bilikləri ilə yanaşı, əməl və mədəniyyətlərini də nümayiş etdirmək üçün platforma kimi internetdən istifadə edir. Real həyatda olduğu kimi, virtual məkanda da müxtəlif tip və xarakterli insanlar mövcuddur. Təbii ki, internetdə də adi həyatda olduğu kimi, davranış və hərəkətləri ilə ətrafdakılara mənfi təsir edən insanlar var. Bizim məqsədimiz uşaqların kiberməkanda təhlükəsizliyini təmin etməkdir", - deyə B. Məmmədov bildirib.
Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Kamal Məmmədov öz növbəsində, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycanın təhsil müəssisiələrində filtrasiya sisteminin tətbiq edildiyini, bir neçə internet provayderin isə uşaqlar üçün təhlükəsiz internet xidməti paketini təqdim etdiyini qeyd edib.
"Bundan başqa internet-klublarda uşaqların internetə daxil olması ilə bağlı yaş limiti mövcuddur ki, bu da onların dərsdən yayınıb internet-klublarda vaxt keçirmələrinin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Əsas məsələ isə valideyn nəzarətidir, valideynlər uşaqlara internetdən istifadə üçün müəyyən vaxt verməlidirlər, əks halda onlarda asılılıq, psixoloji problemlər yarana bilər", - deyə o qeyd edib.
Tədbirdə nazirliyin bütün müəssisə və birliklərinin nümayəndələri iştirak edərək məsələ ilə bağlı öz fikirlərini və tövsiyələrini bildiriblər.
Aynur Vəliyeva
RYTN-də uşaqların internetdə təhlükəsizliyi müzakirə olundu
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) bu gün "Uşaqların internet təhlükəsizliyi" mövzusunda "dəyirmi masa" ətrafında müzakirələr keçirilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə nazirliyin hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, ölkəmiz Azərbaycan İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın tövsiyələrinə uyğun olaraq BMT-nin "Uşaq hüquqları" Konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş "Hər bir uşağın qayğısına qalaq!" aylığına qoşulub.
Oktyabrın 20-dən noyabrın 20-dək davam edəcək bu aylıq çərçivəsində ölkədə uşaqların hüquqlarının, o cümlədən internetdə, kiberməkanda təhlükəsizliyin qorunması, 15 yaşınadək uşaqların işə cəlb edilməsi ilə bağlı mövzularda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Hazırda bizim cəmiyyətdə internetin inkişafı ilə bərabər, müxtəlif təbəqələrdən olan insanların virtual məkanda aktivliyi də artır. Bu gün virtual aləmin sakinləri bilikləri ilə yanaşı, əməl və mədəniyyətlərini də nümayiş etdirmək üçün platforma kimi internetdən istifadə edir. Real həyatda olduğu kimi, virtual məkanda da müxtəlif tip və xarakterli insanlar mövcuddur. Təbii ki, internetdə də adi həyatda olduğu kimi, davranış və hərəkətləri ilə ətrafdakılara mənfi təsir edən insanlar var. Bizim məqsədimiz uşaqların kiberməkanda təhlükəsizliyini təmin etməkdir", - deyə B. Məmmədov bildirib.
Nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Kamal Məmmədov öz növbəsində, uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycanın təhsil müəssisiələrində filtrasiya sisteminin tətbiq edildiyini, bir neçə internet provayderin isə uşaqlar üçün təhlükəsiz internet xidməti paketini təqdim etdiyini qeyd edib.
"Bundan başqa internet-klublarda uşaqların internetə daxil olması ilə bağlı yaş limiti mövcuddur ki, bu da onların dərsdən yayınıb internet-klublarda vaxt keçirmələrinin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Əsas məsələ isə valideyn nəzarətidir, valideynlər uşaqlara internetdən istifadə üçün müəyyən vaxt verməlidirlər, əks halda onlarda asılılıq, psixoloji problemlər yarana bilər", - deyə o qeyd edib.
Tədbirdə nazirliyin bütün müəssisə və birliklərinin nümayəndələri iştirak edərək məsələ ilə bağlı öz fikirlərini və tövsiyələrini bildiriblər.
Aynur Vəliyeva
Baxış sayı: 885
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı