Tarix:12/11/14
Hazırda “SpaceX”-in hazırladığı peyklər orbitdə çoxlu sayda fəaliyyət göstərəcəklər. Bu barədə E.Mask “Twitter” səhifəsində yazıb. Layihə barədə rəsmən 2-3 aydan sonra elan ediləcək, hələlik onun haqqında ətraflı məlumat verilmir.
Milyarderin yeni layihəsi barədə ilk dəfə “Wall Street Journal” qəzeti yazıb. Nəşrin məlumatına görə, iş adamı Yerətrafı orbitə dünyada internetə çıxışı təmin edəcək 700-ə yaxın kiçik telekommunikasiya peykini buraxmağı planlaşdırır. Aparatların çəkisi 113 kq-dan çox olmayacaq ki, bu da hazırda orbitdə fəaliyyət göstərən ən kiçik telekommunikasiya peyklərinin çəkisindən iki dəfə yüngüldür. Bundan başqa, aparatların hazırkı analoqlarından xeyli ucuz olacağı gözlənilir. Belə ki, onların dəyəri 1 milyon dollardan çox olmayacaq. Peykləri orbitə “SpaceX Falcon 9” şirkətinə məxsus raketlərin çatdıracağı nəzərdə tutulur.
E.Mask layihəni “Google” şirkətinin peyk sahəsində böyük iş təcrübəsinə malik keçmiş top-meneceri Qreq Uayler ilə birlikdə həyata keçirəcək. Q.Uaylerin rəhbəri olduğu “Worldview Satellites” şirkətinə iri radiotezlik bloku məxsusdur.
Bildirilir ki, internet peyklərinin istehsalı üçün Florida və ya Kolorado ştatında yeni zavodun tikilməsi planlaşdırılır. Layihəyə yatırılacaq investisiyaların məbləğinin 1 milyard dollara yaxın olacağı gözlənilir.
E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir, - “Vesti” yazır.
Dünyanı internetlə təchiz edəcək mikropeyklər şəbəkəsi yaradılacaq
ABŞ-ın məşhur sahibkarı - "Tesla” elektromobil istehsalı şirkətinin və “SpaceX” kosmik korporasiyasının təsisçisi Elon Mask dünyanı internetlə təchiz edəcək mikropeyklər şəbəkəsi yaradacağını təsdiq edib.Hazırda “SpaceX”-in hazırladığı peyklər orbitdə çoxlu sayda fəaliyyət göstərəcəklər. Bu barədə E.Mask “Twitter” səhifəsində yazıb. Layihə barədə rəsmən 2-3 aydan sonra elan ediləcək, hələlik onun haqqında ətraflı məlumat verilmir.
Milyarderin yeni layihəsi barədə ilk dəfə “Wall Street Journal” qəzeti yazıb. Nəşrin məlumatına görə, iş adamı Yerətrafı orbitə dünyada internetə çıxışı təmin edəcək 700-ə yaxın kiçik telekommunikasiya peykini buraxmağı planlaşdırır. Aparatların çəkisi 113 kq-dan çox olmayacaq ki, bu da hazırda orbitdə fəaliyyət göstərən ən kiçik telekommunikasiya peyklərinin çəkisindən iki dəfə yüngüldür. Bundan başqa, aparatların hazırkı analoqlarından xeyli ucuz olacağı gözlənilir. Belə ki, onların dəyəri 1 milyon dollardan çox olmayacaq. Peykləri orbitə “SpaceX Falcon 9” şirkətinə məxsus raketlərin çatdıracağı nəzərdə tutulur.
E.Mask layihəni “Google” şirkətinin peyk sahəsində böyük iş təcrübəsinə malik keçmiş top-meneceri Qreq Uayler ilə birlikdə həyata keçirəcək. Q.Uaylerin rəhbəri olduğu “Worldview Satellites” şirkətinə iri radiotezlik bloku məxsusdur.
Bildirilir ki, internet peyklərinin istehsalı üçün Florida və ya Kolorado ştatında yeni zavodun tikilməsi planlaşdırılır. Layihəyə yatırılacaq investisiyaların məbləğinin 1 milyard dollara yaxın olacağı gözlənilir.
E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir, - “Vesti” yazır.
Baxış sayı: 838
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib