Tarix:12/11/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində dünyada BMT-nin "Uşaq hüquqları" konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş aylıq çərçivəsində keçiriləcək.
BMT-nin "Uşaq hüquqları" konvensiyasını şərh edən Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, bu konvensiyada 15 yaşadək uşaqların işə cəlb edilməsi, uşaq pornoqrafiyasının çəkilişi, paylaşması və dövriyyəsi, kibersahədə uşaqların hüquqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.
"Bütün bunlarla yanaşı, qed etdiyimiz məsələlər "Kibercinayətkarlıq haqda konvensiya"da daha əhatəli şəkildə qeyd olunub. Qanunvericiliyə görə, belə hallar aşkar edildikdə qeyd edilən qeyri-qanuni əməllərlə məşğul olan şəxslərə qarşı 8-10 min manat həcmində cərimələnməsi, 5-8 ilədək azadlıqdan məhrum edilmə cəzası tətbiq edilir və bu işlərin təşkilində vəzifəli şəxs iştirak edirsə, o, üç ilədək hər hansı vəzifə tutmaq hüququndan məhrum edilir. Azərbaycanda 2015-ci ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dəyişikliklərin edilməsi nəzərdə tutulur", - deyə B. Məmmədov qeyd edib.
Aynur Vəliyeva
Azərbaycan qanunvericiliyində internetdə uşaq hüquqlarının qorunması məqsədilə dəyişikliklər ediləcək
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların internetdə hüquqlarının qorunması ilə bağlı forum keçiriləcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir Azərbaycan İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində dünyada BMT-nin "Uşaq hüquqları" konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş aylıq çərçivəsində keçiriləcək.
BMT-nin "Uşaq hüquqları" konvensiyasını şərh edən Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, bu konvensiyada 15 yaşadək uşaqların işə cəlb edilməsi, uşaq pornoqrafiyasının çəkilişi, paylaşması və dövriyyəsi, kibersahədə uşaqların hüquqlarının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.
"Bütün bunlarla yanaşı, qed etdiyimiz məsələlər "Kibercinayətkarlıq haqda konvensiya"da daha əhatəli şəkildə qeyd olunub. Qanunvericiliyə görə, belə hallar aşkar edildikdə qeyd edilən qeyri-qanuni əməllərlə məşğul olan şəxslərə qarşı 8-10 min manat həcmində cərimələnməsi, 5-8 ilədək azadlıqdan məhrum edilmə cəzası tətbiq edilir və bu işlərin təşkilində vəzifəli şəxs iştirak edirsə, o, üç ilədək hər hansı vəzifə tutmaq hüququndan məhrum edilir. Azərbaycanda 2015-ci ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dəyişikliklərin edilməsi nəzərdə tutulur", - deyə B. Məmmədov qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 842
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib