Tarix:12/11/14
Mərkəzdən verilən məlumata görə, “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olmaq üçün tələb olunan kod-parolun daha sadələşdirilmiş şəkildə əldə edilməsi mümkün olacaq. Əvvəlki qaydaya əsasən, vətəndaş qeydiyyat mərkəzlərinə yaxınlaşaraq kod-parol zərfləri əldə etməli idisə, yeni mobil versiya vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi üzrə operator tərəfindən identifikasiya edildikdən sonra, vətəndaşın istifadəçi adı qeyd ediləcək, portala daxil olmaq üçün tələb olunan şifrə isə sistem tərəfindən birbaşa vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndəriləcək. Bu yenilik prosesin daha da sadələşdirilməsi, vətəndaşların vaxtına qənaət edilməsi və operatorun iş səmərəsinin artırılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, portal üzrə aparılan işlərdə mövcud əməliyyatların sadələşdirilməsi, istifadəçi işinin səmərəsini artıracaq funksiyaların yaradılması, mövcud elektron xidmətlərin keyfiyyətinin artırılması və yeni xidmətlərin yaradılması əsas prioritet istiqamətlər hesab olunur.
CAHANGİR
“Elektron hökumət” portalına daxil olmaq üçün tələb olunan şifrə istifadəçilərə SMS vasitəsi ilə göndəriləcək
“Elektron hökumət” portalının operatoru Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən daha bir yenilik yaxın vaxtlarda vətəndaşlara təqdim ediləcək.Mərkəzdən verilən məlumata görə, “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olmaq üçün tələb olunan kod-parolun daha sadələşdirilmiş şəkildə əldə edilməsi mümkün olacaq. Əvvəlki qaydaya əsasən, vətəndaş qeydiyyat mərkəzlərinə yaxınlaşaraq kod-parol zərfləri əldə etməli idisə, yeni mobil versiya vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi üzrə operator tərəfindən identifikasiya edildikdən sonra, vətəndaşın istifadəçi adı qeyd ediləcək, portala daxil olmaq üçün tələb olunan şifrə isə sistem tərəfindən birbaşa vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndəriləcək. Bu yenilik prosesin daha da sadələşdirilməsi, vətəndaşların vaxtına qənaət edilməsi və operatorun iş səmərəsinin artırılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, portal üzrə aparılan işlərdə mövcud əməliyyatların sadələşdirilməsi, istifadəçi işinin səmərəsini artıracaq funksiyaların yaradılması, mövcud elektron xidmətlərin keyfiyyətinin artırılması və yeni xidmətlərin yaradılması əsas prioritet istiqamətlər hesab olunur.
CAHANGİR
Baxış sayı: 855
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı