Tarix:13/11/14
Həmin memorandumlar “DBH Group” şirkətinin başçısı Sandor Erdei , YTP direktoru Seymur Ağayev və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, “DBH Group” şirkəti investisiya imkanlarının genişləndirilməsi və innovasiya yönümlü İT startap şirkətlərinin və “ERP startup” kompaniyalarının inkişafında Azərbaycana dəstək verəcək.
Bununla yanaşı, tərəflər startap şirkətlərinin əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq bazara çıxmasında qarşılıqlı köməklik göstərmək, o cümlədən Avropada yerləşən şirkətlərin Azərbaycanda və Azərbaycan şirkətlərinin Avropada filiallarının açılması istiqamətində səylər göstərəcəklər.
Qeyd edək ki, “DBH Group “şirkəti əsasən kiçik və orta həcmli startap və şirkətlərə investisiya və biznes sahəsində xidmətlər göstərməklə onların yerli və beynəlxalq bazarda möhkəmlənməsinə və inkişafına yardım göstərir. Şirkət ofis və investisiya xidmətləri, layihə və maliyyə menecmenti, İT və ERP xidmətləri, maliyyə xidmətləri, vergi və biznes məsləhətləri, startap inkubatoru və s. biznes xidmətləri istiqamətində geniş profilə malikdir.
Eyni zamanda geniş biznes əlaqələrinə və 20 illik investisiya sahəsində həyata keçirdiyi mentorluq xidmətləri nəticəsində “DBH İnvestment” 19 milyon avroluq vençur kapitalını idarə edir, “DBH SeedStar” isə gənc biznesin beynəlxalq bazara çıxmasında geniş imkanlar yaradır.
Həqiqət İSABALAYEVA
Budapeştdə Macarıstanın “DBH Group” şirkəti ilə biznes və startapların inkişafı haqqında Anlaşma Memorandumu imzalanıb
Cari ilin noyabr ayının 11-də Budapeştdə keçirilən “Azərbaycan - Macarıstan Biznes Forumu” çərçivəsində Macarıstanın biznes və investisiya xidmətləri göstərən “DBH Group” şirkəti və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkı, eləcə də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu arasında Anlaşma memorandumları imzalanıb.Həmin memorandumlar “DBH Group” şirkətinin başçısı Sandor Erdei , YTP direktoru Seymur Ağayev və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, “DBH Group” şirkəti investisiya imkanlarının genişləndirilməsi və innovasiya yönümlü İT startap şirkətlərinin və “ERP startup” kompaniyalarının inkişafında Azərbaycana dəstək verəcək.
Bununla yanaşı, tərəflər startap şirkətlərinin əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq bazara çıxmasında qarşılıqlı köməklik göstərmək, o cümlədən Avropada yerləşən şirkətlərin Azərbaycanda və Azərbaycan şirkətlərinin Avropada filiallarının açılması istiqamətində səylər göstərəcəklər.
Qeyd edək ki, “DBH Group “şirkəti əsasən kiçik və orta həcmli startap və şirkətlərə investisiya və biznes sahəsində xidmətlər göstərməklə onların yerli və beynəlxalq bazarda möhkəmlənməsinə və inkişafına yardım göstərir. Şirkət ofis və investisiya xidmətləri, layihə və maliyyə menecmenti, İT və ERP xidmətləri, maliyyə xidmətləri, vergi və biznes məsləhətləri, startap inkubatoru və s. biznes xidmətləri istiqamətində geniş profilə malikdir.
Eyni zamanda geniş biznes əlaqələrinə və 20 illik investisiya sahəsində həyata keçirdiyi mentorluq xidmətləri nəticəsində “DBH İnvestment” 19 milyon avroluq vençur kapitalını idarə edir, “DBH SeedStar” isə gənc biznesin beynəlxalq bazara çıxmasında geniş imkanlar yaradır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 946
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı